YAP Suraxanı rayon təşkilatının ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqları uğurla həyata keçirilir
Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının Bülbülə qəsəbəsi 3-cü Mədən küçəsi 31 ünvanında yerləşən ərazi partiya təşkilatında YAP Suraxanı rayon təşkilatının nümayəndəsinin iştirakı ilə hesabat-seçki yığıncağı keçirilmişdir. Öncə Zəfər bayramına həsr olunmuş sərgidə məktəbin şagirdləri tərəfindən hazırlanmış əl işlərinə baxış keçirilmişdir. Məktəbin akt zalında dövlət himninin səsləndirilməsi və torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş soydaşlarımızın xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsindən sonra ərazi partiya təşkilatının sədri Məmmədova Səadət İskəndər qızı YAP-ın VI qurultayından bu günə qədər görülmüş işlər haqqında hesabat xarakterli məruzə ilə çıxış etmişdir. Daha sonra hesabat məruzəsi ətrafında müzakirələr aparılmış, çıxışlar edilmişdir.
Bülbülə qəsəbəsi 3-cü Mədən küçəsi 31 ünvanında yerləşən ərazi partiya təşkilatının sədr və sədr müavininin seçilməsi məsələsi müzakirə edilərək qərar qəbul edilmişdir. ƏPT-nın üzvlərinin səs verməsi nəticəsində sədr Məmmədova Səadət İskəndər qızı, sədr müavini Maqsudova Yeganə Qalib qızı seçilmişlər. ƏPT-nın iclası ilə bağlı protokol tərtib edilmişdir. Sonda Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının nümayəndəsi Salman Əbdülov çıxış edərək bildirmişdir ki, Bülbülə qəsəbəsi 3-cü Mədən küçəsi 31 ünvanında yerləşən ərazi partiya təşkilatının işini qənaətbəxş hesab etmək olar.
YAP Suraxanı rayon təşkilatının nümayəndəsi gələcəkdə həyata keçiriləcək partiya fəaliyyəti, yeni üzvlərin qəbulu, üzvlük haqlarının vaxtında ödənilməsinin təmin edilməsi, qeydiyyat və uçotun səmərəli aparılması və ideoloji işin məqsədyönlü qurulması ilə bağlı öz tövsiyyələrini vermiş, ƏPT-nın fəaliyyətinə uğurlar diləmişdir.