YAP Suraxanı rayon təşkilatının ərazi partiya təşkilatında seçki iclası keçirilmişdir

YAP Suraxanı rayon təşkilatının ərazi partiya təşkilatında seçki iclası keçirilmişdir

Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının Qaraçuxur qəsəbəsi Yeni Günəşli “AB” yaşayış sahəsi Abbas Fətullayev küçəsi ünvanında yerləşən ərazi partiya təşkilatının üzvlərinin iştirakı ilə toplantı keçirilmişdir. YAP üzvləri ilə görüşdə YAP Suraxanı rayon təşkilatının sədr müavini Salman Əbdülov iştirak etmişdir.

İclasa sədrlik edən Suraxanı Tibb Mərkəzinin direktoru Ələkbər Tağıyev YAP üzvlərini salamlayaraq iclası açıq elan etdikdən sonra ərazi partiya təşkilatının gündəliyində 2 məsələnin - ƏPT-nin sədr və sədr müavini seçkisi haqqında məlumat verdi. Ə.Tağıyev tərəfindən sədr vəzifəsinə Ülviyyə Cəfərlinin namizədliyi irəli sürülmüş və səsvermə nəticəsində Ü.Cəfərli sədr seçilmişdir. Yeni seçilmiş sədr Ü.Cəfərli Hüseynova Ziba Ramiz qızının peşə fəaliyyəti ilə bərabər ictimai işlərdə də fəallığını nəzərə alaraq onun ƏPT-nin sədr müavini kimi namizədliyini irəli sürdü. ƏPT-da təmsil olunan üzvlərin səsverməsi nəticəsində Ziba Hüseynova sədr müavini seçilmişdir.

YAP Suraxanı rayon təşkilatının sədr müavini Salman Əbdülov çıxış edərək ƏPT-nin yeni seçilmiş sədr və sədr müavininə gələcək fəaliyyətlərində uğurlar arzulayaraq demişdir ki, Qaraçuxur qəsəbəsi Yeni Günəşli “AB” yaşayış sahəsi Abbas Fətullayev küçəsi ünvanında yerləşən ərazi partiya təşkilatında partiya işinin təşkili qənaətbəxşdir. Bundan sonra da ideoloji işin gücləndirilməsi, səmərəliliyinin artırılması və üzvlərin uçotunun operativliyi, dəqiqliyi diqqət mərkəzində saxlanılmalıdır. Yerli təşkilatın sədri ölkədə baş verən ictimai-siyasi hadisələrə də münasibət bildirərək qeyd etmişdir ki, hər bir vətəndaş öz peşə fəaliyyəti ilə yanaşı ictimai fəaliyyətlə də yaxından məşğul olmalı, dövlətinə, xalqına töhfələr vermək üçün çalışmalıdır.

Daha sonra ƏPT üzvləri tərəfindən verilən suallar cavablandırılmışdır. Sonda Ülviyyə Cəfərliyə YAP vəsiqəsi təqdim olunmuşdur.