YAP Suraxanı rayon təşkilatının ərazi partiya təşkilatında seçki iclası keçirilmişdir
Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının Qaraçuxur qəsəbəsi Nazim İsmayılov küçəsi ünvanında yerləşən ərazi partiya təşkilatında yerli təşkilatın sədri Vüqar Seyidov və sədr müavini Salman Əbdülovun iştirakı ilə iclas keçirilmişdir. Ərazi partiya təşkilatının sədri Tacəddin Allahyarlı YAP üzvlərini salamlayaraq iclası açıq elan etdikdən sonra ƏPT-də son dövrlər ərzində görülən işlər haqqında ətraflı məlumat vermişdir. Daha sonra bildirmişdir ki, bugünkü iclasın gündəliyində iki məsələ - ƏPT-nin sədri və sədr müavininin seçilməsi məsələsi nəzərdə tutulmuşdur. T.Allahyarlı tərəfindən sədr vəzifəsinə Qasım Qasımovun namizədliyi irəli sürülmüş və səsvermə nəticəsində Q.Qasımov sədr seçilmişdir.
Yeni seçilmiş sədr Qasım Qasımov Tacəddin Allahyarlının uzun illər YAP-da təcrübəsini və ƏPT-də səmərəli fəaliyyətini nəzərə alaraq onun ƏPT-nin sədr müavini kimi namizədliyini irəli sürdü. ƏPT-də təmsil olunan üzvlərin səsverməsi nəticəsində Tacəddin Allahyarlı sədr müavini seçilmişdir.
Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov çıxış edərək bildirmişdir ki, Qaraçuxur qəsəbəsi Nazim İsmayılov küçəsi ünvanında yerləşən ərazi partiya təşkilatında partiya işinin təşkili qənaətbəxşdir. Bundan sonra da ideoloji işin gücləndirilməsi, səmərəliliyinin artırılması və üzvlərin uçot operativliyi, dəqiqliyi diqqət mərkəzində saxlanılmalıdır.
Daha sonra ƏPT üzvləri tərəfindən verilən suallar cavablandırılmışdır. Sonda YAP üzvü Ədibə Manafovaya vəsiqə təqdim olunmuşdur.