YAP Suraxanı rayon təşkilatının Yeni Suraxanı qəsəbəsi Vahid Xəlilov küçəsi 4 ünvanında yerləşən ərazi partiya təşkilatında görüş keçirilmişdir
YAP Suraxanı rayon təşkilatının Yeni Suraxanı qəsəbəsi Vahid Xəlilov küçəsi 4 ünvanında yerləşən ərazi partiya təşkilatında təşkilatının əməkdaşları Nərgiz Çıraqova və Dilarə Əzizova iştirak ilə görüş keçirilmişdir. Görüşdə həmçinin, Suraxanı rayonu Göyərçin, 323, 330 saylı körpələr evi və uşaq bağçalarında fəaliyyət göstərən YAP üzvləri də iştirak etmişlər. İclasın sədri 323 saylı körpələr evi və uşaq bağçasının müdiri Məshəti Sadıqlı iclası açıq elan etdikdən sonra, rəhbərlik etdiyi təşkilatda ideoloji işin gücləndirilməsi və səmərəliliyin artırılması ilə əlaqədar olaraq görülmüş işlər haqqında məlumat vermişdir. O, yerli təşkilat tərəfindən verilən tapşırıqlara hər zaman operativ reaksiya verildiyini və bu işdə həmin uşaq bağçasında işləyən YAP üzvlərinin ona dəstəyini xüsusi vurğulamışdır. Daha sonra Məshəti Sadıqlı bugunku iclasın gündəliyində iki məsələ - ƏPT-nin sədri və sədr müavinin seçilməsinin nəzərdə tutulduğunu iclas iştirakçılarının diqqətinə çatdırdı.
Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının məsləhətçisi Nərgiz Çıraqova iclas iştirakçılarını salamlayaraq onlara Ulu Öndər Heydər Əliyev siyasi irsinin öyrənilməsi, onun dövlətçilik ənənələrinin təbliği, Azərbaycan Respublikasının Prezidenti, YAP-ın sədri cənab İlham Əliyevin fəaliyyətinin əhaliyə operativ, düzgün və əhatəli formada çatdırılmasının vacibliyini qeyd etmişdir. O, çıxışında ölkəmizdə baş verən bütün əlamətdar hadisələrdə YAP üzvlərinin yaxından iştirakının və bu proseslərə onların töhvələr verməsinin əhəmiyyəti haqqında məlumat vermişdir.
Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının məsul əməkdaşı Dilarə Əzizova öz çıxışında YAP üzvlərinin uçot işinin təkmilləşdirilməsində yerli təşkilata daim kömək göstərilməli olduğunu iclas iştirakçılarının nəzərinə çatdırdı. YAP Suraxanı rayon təşkilatının fəallarının sosial şəbəkələrdə aktivliyinin artırılması, onların keçirilən tədbirlərdə iştiraklarının təmin olunmasının vacibliyi barədə çıxış edərək yerli təşkilatın tapşırıq və tövsiyyələrini görüş iştirakçılarının diqqətinə çatdırdı.
Daha sonra ƏPT-ə sədr və sədr müavini seçkisi keçirildi. Səsvermə yolu ilə Yeni Suraxanı qəsəbəsi Vahid Xəlilov küçəsi 4 ünvanında yerləşən ərazi partiya təşkilatına Sadıqlı Məshəti sədr, Aygün Qəhrəmanova isə sədr müavini seçilmişdir.
Sonda ƏPT-nin üzvlərini maraqlandıran suallar cavablandırılmışdır.