YAP Suraxanı rayon təşkilatının sosial şəbəkələrdəki fəaliyyəti Ərazi partiya təşkilat sədrləri ilə müzakirə edilmişdir

YAP Suraxanı rayon təşkilatının sosial şəbəkələrdəki fəaliyyəti Ərazi partiya təşkilat sədrləri ilə müzakirə edilmişdir

Yeni Azərbaycan Partiyası (YAP) Suraxanı rayon təşkilatının inzibati binasında ƏPT-nın (Ərazi partiya təşkilat) sədrləri ilə yerli təşkilatın sosial şəbəkələrdə fəaliyyəti ilə bağlı görüş keçirilmişdir. Görüşü giriş sözü ilə açan YAP Suraxanı rayon təşkilatının sədr müavini Salman Əbdülov yerli təşkilatın sosial şəbəkələrdə fəaliyyətinə töhfə verən bir qrup ƏPT-nın (Ərazi partiya təşkilat) sədrini salamlayaraq dedi ki, bu gün əsas ictimai-siyasi proseslərdə sosial şəbəkələr aktiv rol almaqdadır. Yerli təşkilatın sədr müavini cənab Prezidentin uğurlu siyasəti nəticəsində son dövrlər görülmüş işlərdən bəhs edərək vurğulamışdır ki, dövlət başçısının haqlı siyasətinin geniş kütlələrə çatdırılmasında sosial şəbəkələr müstəsna fəaliyyət sahəsidir. Salman Əbdülov sosial şəbəkələrdə yerli təşkilatın fəaliyyətini yüksək qiymətləndirərək dedi ki, bundan sonra da dövlət və dövlətçiliyimizin ideoloji və sosial şəbəkələrdəki müdafiəsi əzmlə davam etdirilməlidir.

Daha sonra Yeni Azərbaycan Partiyası (YAP) Suraxanı rayon təşkilatının İdeoloji məsələlər üzrə məsləhətçi, sosial şəbəkələr üzrə məsul şəxs Ənvər Haqverdiyev çıxış edərək YAP Mərkəzi Aparatının Sosial Media Mərkəzinin tapşırıq və tövsiyyələrini diqqətə çatdırdı. Ənvər Haqverdiyev yeni hədəflər, qarşıya çıxan problemlər və onların həlli yollarından bəhs edərək, qısa zamanda sosial şəbəkələrdə siyasi işin təşkili ilə bağlı yerli təşkilatın uğurlarından söz açmışdır. İdeoloji məsələlər üzrə məsləhətçi, sosial şəbəkələr üzrə məsul şəxs Ənvər Haqverdiyev xüsusi vurğulamışdır ki, ƏPT-nın (Ərazi partiya təşkilat) sədrlərinin məsələyə qayğı ilə yanaşması çox vacibdir.

Sonda YAP Suraxanı rayon təşkilatının ƏPT (Ərazi partiya təşkilat) sədrləri bildirdilər ki, üzərlərinə düşən məsuliyyəti dərk edirlər və bu istiqamətdə töhfələri verməyə hazırdırlar.