YAP Suraxanı rayon təşkilatının nəzdində yeni ƏPT yaradılıb

YAP Suraxanı rayon təşkilatının nəzdində yeni ƏPT yaradılıb

Suraxanı rayonunda idman, gənclər və mədəniyyət sahəsində fəaliyyət göstərən bir qrup YAP üzvü şəxsi təşəbbüsləri ilə Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatına yeni Ərazi Partiya Təşkilatının (ƏPT) yaradılması ilə bağlı müraciət etmişdir.

Çoxsaylı partiya üzvlərinin müraciətlərini nəzərə alaraq YAP Suraxanı rayon təşkilatının Əmircan qəsəbəsi Park küçəsi 28 ünvanında Ərazi Partiya Təşkilatının yaradılması ilə bağlı yerli təşkilatın sədri Vüqar Seyidov müvafiq əmr imzalamışdır.

Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov Əmircan qəsəbəsi Park küçəsi 28 ünvanında yerləşən ƏPT-nın üzvləri qarşısında çıxış edərək görüş iştirakçılarını ƏPT-nın yaradılması münasibəti ilə təbrik etdi.  Daha sonra yerli təşkilatın sədri bildirdi ki, ölkədə həyata keçirilən islahatlarda, böyük inkişaf prosesində idman, gənclər və  mədəniyyət sahəsində fəaliyyət göstərən insanların da böyük əməyi vardır. Yeni dövrdə Prezident cənab İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində əldə olunan uğurların qorunub saxlanması üçün yorulmadan fəaliyyət göstərməyin əhəmiyyətinə toxunan Vüqar Seyidov xüsusi qeyd etdi ki, hər bir vətəndaş öz fəaliyyət sahəsindən başqa ictimai fəaliyyətlə də məşğul olmalı, ölkənin gələcəyi haqqında düşünməlidir.

Yerli təşkilatın sədri Vüqar Seyidov təşkilati məsələlərə toxunaraq dedi ki, bugünkü iclasın gündəliyində daha iki məsələ - ƏPT-nın sədrinin və sədr müavininin seçilməsi məsələsi də nəzərdə tutulmuşdur.

Yeni yaradılmış Ərazi Partiya Təşkilatının (ƏPT) sədr vəzifəsinə Bağırov Amil Kamil oğlunun namizədliyi irəli sürüldü və bu təklifə səsvermə vasitəsi ilə münasibət bildirilməsi xahiş edildi. ƏPT-da təmsil olunan üzvlərin səsverməsi nəticəsində Amil Bağırov sədr seçilmişdir. Səsvermə nəticəsində seçilmiş yeni sədr uzun illər YAP sıralarında təcrübəsi və səmərəli fəaliyyəti ilə seçilən Mahmudova Xəyalə Rafiq qızının ƏPT-nın sədr müavini kimi namizədliyini irəli sürdü. ƏPT-da təmsil olunan üzvlərin səsverməsi nəticəsində Xəyalə Mahmudova  ƏPT-nın sədr müavini seçilmişdir.

Səsvermədən sonra çıxış edən YAP Suraxanı rayon təşkilatının Əmircan qəsəbəsi Park küçəsi 28 ünvanında yerləşən Ərazi Partiya Təşkilatının (ƏPT) sədri Amil Bağırov çıxış edərək çoxsaylı YAP üzvlərinin ƏPT-nin yaradılması ilə bağlı müraciətlərinə müsbət yanaşan yerli təşkilatın rəhbərliyinə öz dərin minnətdarlığını bildirmişdir. Amil Bağırov onu da qeyd etdi ki, uzun illərdir doğma partiyanın uğurları üçün çalışmışdır. Ona yenidən etimad göstərilməsini yüksək qiymətləndirən ƏPT-nin sədri bundan sonra da əzm və ləyaqətlə çalışacağına söz verdi.

Sonda bütün üzvlərə ictimai fəaliyyətlərində uğurlar arzulanmışdır.