YAP Suraxanı rayon təşkilatının nümayəndəsi şəhid Səbuhi Əsədovun şəhadətinin ildönümü mərasimində iştirak edib

YAP Suraxanı rayon təşkilatının nümayəndəsi şəhid Səbuhi Əsədovun şəhadətinin ildönümü mərasimində iştirak edib

8 oktyabr 2024-cü il tarixdə  Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədr müavini Salman Əbdülov şəhid əsgər Əsədov Səbuhi Azər oğlunun şəhadətinin ildönümü münasibəti ilə təşkil olunmuş anım mərasimində iştirak etmişldir. Şəhid Əsədov Səbuhinin Suraxanı rayon Bülbülə qəsəbəsi Şəhidlər Xiyabanındakı əbədi istirahətgahı YAP nümayəndələri tərəfindən ziyarət edilmiş, məzarı üzərinə güllər düzülmüş və dualar oxunmuşdur.

Göstərilən diqqət və qayğıya görə şəhidin ailə üzvləri cənab Prezident İlham Əliyevə, Birinci vitse-prezident çox hörmətli Mehriban xanım Əliyevaya və Yeni Azərbaycan Partiyasına öz dərin minnətdarlıqlarını bildirmişlər.