YAP Suraxanı rayon təşkilatının nümayəndəsi Qazi Raul Müşarrapovun toy məclisində iştirak etmişdir

YAP Suraxanı rayon təşkilatının nümayəndəsi Qazi  Raul Müşarrapovun toy məclisində iştirak etmişdir

Toy məclisi Azərbaycanın Dövlət Himninin səslənməsi, Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanmışdır.

Toy mərasimində çıxış edən YAP Suraxanı rayon təşkilatının məsləhətçisi Ənvər Haqverdiyev YAP Suraxanı rayon təşkilatının sədri hörmətli Vüqar Seyidovun tapşırığı ilə toy məclisində iştirak etdiyini qeyd edərək yerli təşkilatın sədrinin adından Vətən Müharibəsi Qazisi Raul Müşarrapovu təbrik edərək xoşbəxtlik diləmişdir.

Göstərilən diqqət və qayğıya görə Qazinin atası Samir Müşarrapov  və anası Aypara Şabanova cənab Prezident İlham Əliyevə, Birinci vitse-prezident çox hörmətli Mehriban xanım Əliyevaya və Yeni Azərbaycan Partiyasına öz dərin minnətdarlıqlarını bildirmişlər.