YAP Suraxanı rayon təşkilatının nümayəndələri şəhid əsgər Polad Şirinovun üç mərasimində iştirak etmişlər
17 sentyabr 2022-ci il tarixdə Ermənistan silahlı qüvvələri tərəfindən Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində törədilən genişmiqyaslı təxribatın qarşısı alınarkən Şəhid olmuş Suraxanı rayon sakini əsgər Şirinov Polad Seyran oğlunun üç mərasimi keçirilmişdir. Mərasimdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, digər rəsmi şəxslər, şəhid ailələri, qazilər, və şəhidin doğmaları iştirak etmişlər.
Suraxanı RİH-nin başçısı Əziz Əzizov, YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov və digər rəsmi şəxslər ailənin qayğıları ilə maraqlanmışlar. YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov əsgər Şirinov Polad Seyran oğlunun əziz xatirəsini bir daha yad edərək Allahdan rəhmət diləmişdir. Yerli təşkilatın sədri bir daha vurğulamışdır ki, digər şəhid ailələrində olduğu kimi Şəhid Polad Şirinovun ailəsi də YAP Suraxanı rayon təşkilatı tərəfindən daim diqqət mərkəzində saxlanılacaqdır.
Göstərilən diqqət və qayğıya görə şəhidin ailə üzvləri cənab Prezident İlham Əliyevə, Birinci vitse-prezident çox hörmətli Mehriban xanım Əliyevaya və Yeni Azərbaycan Partiyasına öz dərin minnətdarlıqlarını bildirmişlər.