YAP Suraxanı rayon təşkilatının nümayəndələri Şəhid polkovnik Babək Səmidlinin oğlu Mətləbin doğum günündə iştirak etmişlər
14 mart şəhid polkovnik Səmidli Babəkin oğlu Mətləbin doğum günüdür. Şəhidimizin övladının doğum günü ilə əlaqədar Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov və təşkilatın nümayəndələri Suraxanı rayon Hövsan yaşayış kompleksində (MİDA) yaşayan ailəsini ziyarət etmiş, ailənin qayğıları ilə maraqlanmışlar
Şəhid polkovnikin oğlu Mətləbin doğum günündə qəhrəman vətən övladlarına, onların ailələrinə qayğı göstərməyə cəmiyyətimizin daima borclu olduğunu ifadə edən YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov cənab Ali Baş Komandan İlham Əliyev tərəfindən bütün şəhidlərimiz kimi polkovnik Babək Səmidlinin də xatirəsinin əziz tutulduğunu vurğulamışdır. Yerli təşkilatın sədri Ali rəhbərin Vətən Müharibəsi şəhidlərinə və onların ailələrinə olan diqqətinin hər kəsə nümunə olduğunu bildirmişdir. Daha sonra Vüqar Seyidov YAP Suraxanı rayon təşkilatının çoxminli üzvləri adından ad gününü qeyd edən balamıza hədiyyələr təqdim etmişdir.
Qeyd edək ki, şəhid polkovnik Səmidli Babək Səmid oğlu Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin müvafiq sərəncamları ilə “Zəfər” ordeni, “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilmişdir.
Göstərilən diqqət və qayğıya görə şəhidin ailə üzvləri cənab Prezident İlham Əliyevə, Birinci vitse-prezident çox hörmətli Mehriban xanım Əliyevaya və Yeni Azərbaycan Partiyasına öz dərin minnətdarlıqlarını bildirmişlər.