YAP Suraxanı rayon təşkilatının nümayəndələri şəhid Orucov Səbuhinin doğum günündə ailəsini ziyarət etmişlər

YAP Suraxanı rayon təşkilatının nümayəndələri şəhid Orucov Səbuhinin doğum günündə ailəsini ziyarət etmişlər

20 yanvar Vətən Müharibəsi şəhidi əsgər (MAHHXHQ) Orucov Səbuhi Vahid oğlunun doğum günüdür. Şəhidimizin doğum günü ilə əlaqədar Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov və nümayəndələri ailəsini ziyarət etmiş, ailənin qayğıları ilə maraqlanmışlar.

Şəhidin ad günündə qəhrəman vətən övladlarına və onların ailələrinə qayğı göstərməyə cəmiyyətimizin daima borclu  olduğunu ifadə edən YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov cənab Ali Baş Komandan İlham Əliyev tərəfindən bütün şəhidlərimiz kimi Orucov Səbuhinin də, xatirəsinin əziz tutulduğunu vurğulamışdır. Yerli təşkilatın sədri Ali rəhbərliyin Vətən Müharibəsi şəhidlərinə olan diqqətinin hər kəsə nümunə olduğunu bildirmişdir. Daha sonra təşkilat sədri YAP Suraxanı rayon təşkilatının çoxminli üzvləri adından Xarıbülbül təsviri üzərində Səbuhinin rəsmi toxunmuş xalçanı şəhidin ailəsinə təqdim etmişdir.

Qeyd edək ki, şəhid əsgər (MAHHXHQ) Orucov Səbuhi Vahid oğlu Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin müvafiq sərəncamları ilə “3-cü dərəcə Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”,  “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və  “Laçının azad olunmasına görə”  medalları ilə təltif edilmişdir.

Göstərilən diqqət və qayğıya görə şəhidin ailə üzvləri cənab Prezident İlham Əliyevə,  Birinci vitse-prezident çox hörmətli Mehriban xanım Əliyevaya və Yeni Azərbaycan Partiyasına öz dərin minnətdarlıqlarını bildirmişlər.