YAP Suraxanı rayon təşkilatının nümayəndələri şəhid İslamlı Ruhidin şəhadətinin ikinci ildönümü mərasimində iştirak etmişlər

YAP Suraxanı rayon təşkilatının nümayəndələri şəhid İslamlı Ruhidin şəhadətinin ikinci ildönümü mərasimində iştirak etmişlər

7 oktyabr 2022-ci il tarixdə YAP Suraxanı rayon təşkilatının nümayəndələri şəhid əsgər İslamlı Ruhid Uğur oğlunun şəhadətinin ildönümü münasibəti ilə təşkil olunmuş anım mərasimində iştirak etmişlər. Öncə şəhid İslamlı Ruhidin Suraxanı rayon Zığ  qəsəbəsi Dədə Qorqud yaşayış sahəsində yerləşən Şəhidlər Xiyabanındakı əbədi istirahətgahı rayon təşkilatının nümayəndələri tərəfindən ziyarət edilmiş, məzarı üzərinə güllər düzülmüş və dualar oxunmuşdur. Daha sonra YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov və təşkilatın nümayəndələri Suraxanı rayonu Zığ qəsəbəsi Dədə Qorqud yaşayış sahəsi sakini, Vətən Müharibəsi şəhidi İslamlı Ruhid Uğur oğlunun anım mərasimində ailənin qayğıları ilə maraqlanmışlar. YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov şəhidimizin əziz xatirəsini bir daha yad edərək Allahdan rəhmət diləmişdir.

Qeyd edək ki, şəhid İslamlı Ruhid Uğur oğlu Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin müvafiq sərəncamları ilə “Vətən uğrunda”, “Cəsur döyüşçü”  və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilmişdir.

Göstərilən diqqət və qayğıya görə şəhidin ailə üzvləri cənab Prezident İlham Əliyevə,  Birinci vitse-prezident çox hörmətli Mehriban xanım Əliyevaya və Yeni Azərbaycan Partiyasına öz dərin minnətdarlıqlarını bildirmişlər.