YAP Suraxanı rayon təşkilatının nümayəndələri Şəhid İsa Məmmədovun şəhadətinin ildönümü mərasimində iştirak etmişlər

YAP Suraxanı rayon təşkilatının nümayəndələri Şəhid İsa Məmmədovun şəhadətinin ildönümü mərasimində iştirak etmişlər

27 dekabr 2021-ci il tarixində Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov və digər rəsmi şəxslər, şəhid ailələri, qazilər, və şəhidin doğmaları şəhid əsgər (MAHHXHQ) Məmmədov İsa Nazim oğlunun şəhadətinin ildönümü münasibəti ilə təşkil olunmuş anım mərasimində iştirak etmişlər.

Öncə şəhid əsgər İsa Məmmədovun Binə qəsəbəsində yerləşən Şəhidlər Xiyabanındakı əbədi istirahətgahı ziyarət edilmiş, məzarı üzərinə güllər düzülmüş və dualar oxunmuşdur. Daha sonra Suraxanı RİH-nin başçısı Əziz Əzizov, YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov və digər rəsmi şəxslər əsgər İsa Məmmədovun ailəsinin qayğıları ilə maraqlanmışlar. YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov şəhidimizin əziz xatirəsini bir daha yad edərək Allahdan rəhmət diləmişdir.

Qeyd edək ki, şəhid əsgər (MAHHXHQ) Məmmədov İsa Nazim oğlu Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin müvafiq sərəncamları ilə “Vətən uğrunda” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.

Göstərilən diqqət və qayğıya görə şəhidin ailə üzvləri cənab Prezident İlham Əliyevə,  Birinci vitse-prezident çox hörmətli Mehriban xanım Əliyevaya və Yeni Azərbaycan Partiyasına öz dərin minnətdarlıqlarını bildirmişlər.