YAP Suraxanı rayon təşkilatının nümayəndələri şəhid Elnur Şahbazovun şəhadətinin ildönümü mərasimində iştirak etmişlər

YAP Suraxanı rayon təşkilatının nümayəndələri şəhid Elnur Şahbazovun şəhadətinin ildönümü mərasimində iştirak etmişlər

23 oktyabr 2021-ci il tarixdə YAP Suraxanı rayon təşkilatının nümayəndələri şəhid əsgər Şahbazov Elnur Qədir oğlunun şəhadətinin ildönümü münasibəti ilə təşkil olunmuş anım mərasimində iştirak etmişlər. Öncə şəhid şəhid Şahbazov Elnurun Suraxanı rayon Yeni Suraxanı qəsəbəsi Şəhidlər Xiyabanındakı əbədi istirahətgahı rayon təşkilatının nümayəndələri tərəfindən ziyarət edilmiş, məzarı üzərinə güllər düzülmüş və dualar oxunmuşdur. Daha sonra YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov və təşkilatın nümayəndələri  Suraxanı rayonu Yeni Suraxanı qəsəbəsi sakini, Vətən Müharibəsi şəhidi əsgər Şahbazov Elnur Qədir oğlunun anım mərasimində ailənin qayğıları ilə maraqlanmışlar. YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov şəhidimizin əziz xatirəsini bir daha yad edərək şəhidimizə Allahdan rəhmət diləmişdir.

Qeyd edək ki, şəhid əsgər Şahbazov Elnur Qədir oğlu Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin müvafiq sərəncamları ilə “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Şuşanın azad olunmasına görə”, Xocavəndin azad olunmasına görə” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.

Göstərilən diqqət və qayğıya görə şəhidin ailə üzvləri cənab Prezident İlham Əliyevə,  Birinci vitse-prezident çox hörmətli Mehriban xanım Əliyevaya və Yeni Azərbaycan Partiyasına öz dərin minnətdarlıqlarını bildirmişlər.