YAP Suraxanı rayon təşkilatında dövlət başçısının VIII Qurultaydakı nitqi ilə bağlı görüşlər uğurla davam edir
Yeni Azərbaycan Partiyası (YAP) Suraxanı rayon təşkilatı Azərbaycan Respublikasının Prezidenti, partiyanın Sədri İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrin müzakirəsinə həsr olunmuş görüşləri uğurla davam etdirir.
14 oktyabr 2026-cı il tarixində Qaraçuxur qəsəbəsi, Cəlal Qurbanov küçəsi 5 ünvanında yerləşən Ərazi Partiya Təşkilatında (Qaraçuxur Bələdiyyəsi) növbəti görüş keçirilib. Tədbirdə YAP Suraxanı rayon təşkilatının sədr müavini Salman Əbdülov, partiya təşkilatının məsləhətçisi Ənvər Haqverdiyev, ƏPT-nın və Qaraçuxur Bələdiyyəsinin sədri İxtiyar Nəcəfov, YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədr müavini, Suraxanı RİHB-nin Qaraçuxur qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Yusif İbrahimov və partiya fəalları iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan İxtiyar Nəcəfov bildirib ki, Azərbaycan Prezidentinin qurultaydakı çıxışı ölkənin daxili və xarici siyasətinin gələcək prioritetlərini, eləcə də milli inkişaf strategiyasını dəqiq hədəflərlə müəyyən edən strateji bir yol xəritəsidir. Dövlət başçısı öz nitqində postmünaqişə dövrünün reallıqlarına, azad edilmiş ərazilərin bərpasına və iqtisadi islahatların dərinləşdirilməsinə xüsusi diqqət çəkərək, milli həmrəyliyin qorunmasının vacibliyini vurğulayıb. Natiq bu çıxışın sadəcə siyasi hesabat deyil, həm də qlobal çağırışlar fonunda Azərbaycanın suverenliyini gücləndirməyə və regional liderliyini möhkəmləndirməyə yönəlmiş qətiyyətli bir mesaj olduğunu diqqətə çatdırıb.
YAP Suraxanı rayon təşkilatının sədr müavini Salman Əbdülov qurultayda qarşıya qoyulan hədəflər barədə iştirakçılara ətraflı məlumat verib. Salman Əbdülov qeyd edib ki, Prezident, YAP-ın Sədri cənab İlham Əliyevin proqram xarakterli çıxışı Azərbaycanın yeni dövrə qədəm qoyduğunu və dövlətçilik ənənələrinin daha da sarsılmaz xarakter aldığını göstərən konseptual bir platformadır. Dövlət başçısının ərazi bütövlüyünün tam təmin olunmasından sonra qarşıda duran yeni hədəfləri elan etməsi ölkənin hərbi, iqtisadi və ideoloji cəhətdən daha da güclənməsinə xidmət edir. Bu baxımdan, çıxışda yer alan hər bir tezis milli maraqların qorunması, sosial rifahın yüksəldilməsi və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması baxımından cəmiyyət üçün gələcəyə yönəlmiş aydın bir çağırışdır.
Görüşdə çıxış edən YAP Suraxanı rayon təşkilatının məsləhətçisi Ənvər Haqverdiyev partiya fəallarının üzərinə düşən məsuliyyətdən bəhs edib: "Partiyamızın Sədri cənab İlham Əliyevin qarşımıza qoyduğu yeni strateji vəzifələri tam şəkildə mənimsəməli, aydın dərk etməli və onların icrası üçün ali öhdəlikləri üzərimizə büyük məsuliyyətlə götürməliyik. Bizə tamamilə aydın olmalıdır ki, ideoloji təhlükəsizlikdə ön cəbhə olmalıyıq. Rəqəmsal manipulyasiyalar, kiberhücumlar, sosial şəbəkələrdəki saxta kampaniyalar və süni intellekt əsrində sərhəd tanımayan ideoloji təxribatların qarşısının alınmasında YAP Suraxanı rayon təşkilatının partiya fəalları olaraq hər an ayıq-sayıq olmalı, yad təsirlərə qarşı dahi liderimizin göstərdiyi yollarla qətiyyətli mübarizə aparmalıyıq".
Çıxış edənlər yeganə hədəfin müstəqil, suveren və güclü Azərbaycanın işıqlı gələcəyi olduğunu vurğulayıblar. Qeyd olunub ki, rayon ictimaiyyəti, partiya fəalları və şəhid ailələri bu günə qədər olduğu kimi, bundan sonra da Yeni Azərbaycan Partiyasının və onun müdrik rəhbəri cənab İlham Əliyevin ətrafında "Dəmir yumruq" kimi sıx birləşərək dövlətçilik xəttini qətiyyətlə dəstəkləyəcəklər.
Görüşün sonunda iştirakçıların sualları cavablandırılıb.