YAP Suraxanı rayon təşkilatında bir qrup təşkilat, müəssisə rəhbərləri və ƏPT-nin sədrləri ilə görüş keçirilib

YAP Suraxanı rayon təşkilatında bir qrup təşkilat, müəssisə rəhbərləri və ƏPT-nin sədrləri ilə görüş keçirilib

22.05.2023-cü il tarixdə Yeni Azərbaycan Partiyasının Suraxanı rayon təşkilatının inzibati binasında bir qrup təşkilat, müəssisə rəhbərləri və Ərazi Partiya Təşkilatlarının sədrləri ilə görüş keçirilmişdir. Görüşdə YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov ƏPT-lərdə ideoloji işin gücləndirilməsi, səmərəliliyinin artırılması ilə əlaqədar təsdiq olunmuş tədbirlər planının icrasının təmin olunması, Ulu Öndər Heydər Əliyev siyasi irsinin öyrənilməsi, onun dövlətçilik ənənələrinin təbliği, Azərbaycan Respublikasının Prezidenti, YAP-ın sədri cənab İlham Əliyevin fəaliyyətinin əhaliyə operativ, düzgün və əhatəli formada çatdırılmasının təşkili, YAP Suraxanı rayon təşkilatının maliyyə - uçot işinin təkmilləşdirilməsi, fəal YAP üzvlərinin dövrü mətbuatda və  sosial şəbəkələrdə aktivliklərinin  artırılması, təbliğat işinin gücləndirilməsi barədə öz tövsiyyələrini vermişdir.