YAP Suraxanı rayon təşkilatı Vətən Müharibəsində itkin düşmüş Feyzullayev Aydının öz adını daşıyan bacısı oğlunu dünyaya gəlməsi münasibəti ilə təbrik etmişdir

YAP Suraxanı rayon təşkilatı Vətən Müharibəsində itkin düşmüş Feyzullayev Aydının  öz adını daşıyan bacısı oğlunu dünyaya gəlməsi münasibəti ilə təbrik etmişdir

Azərbaycan öz tarixi torpaqlarını canlarını vətən uğrunda qurban verən igid oğulları sayəsində düşmən tapdağından azad etmişdir. Canlarını, sağlamlıqlarını vətənin bütövlüyü uğrunda qurban verən vətənpərvərlərin əmanətləri olan ailələri, doğmaları unudulmur və onlar istər dövlət orqanları, istərsə də cəmiyyətimiz tərəfindən ali diqqət, sevgi və qayğı ilə əhatələnirlər.

Azərbaycanın rəşadətli ordusunun qəhrəman əsgəri Suraxanı rayon sakini, Vətən Müharibəsində itkin düşmüş Feyzullayev Aydın Zakir oğlunun öz adını daşıyan bacısı oğlu Aydın artıq 40 gündür ki, dünyaya gözlərini açmışdır. Bu münasibət ilə Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov və rayon təşkilatının nümayəndələri ailəni ziyarət edərək balaca Aydını təbrik etmiş, balamıza hədiyyələr təqdim olunmuş, ailənin qayğıları ilə maraqlanılmışlar.

Sonda ailə üzvləri Dövlət başçısı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə, Birinci vitse-prezident çox hörmətli Mehriban xanım Əliyevaya və  Yeni Azərbaycan Partiyasına göstərdikləri diqqət, sevgi və qayğıya görə öz dərin minnətdarlıqlarını bildirmişlər.