YAP Suraxanı rayon təşkilatı şəhid Mirkazım Kəlbiliyevin qızının doğum gününü təbrik edib
Canlarını, sağlamlıqlarını vətənin bütövlüyü uğrunda qurban verən vətənpərvərlərin əmanətləri olan ailələri, övladları unudulmur və onlar istər dövlət orqanları, istərsə də cəmiyyətimiz tərəfindən ali diqqət, sevgi və qayğı ilə əhatələnirlər.
Azərbaycanın rəşadətli ordusunun qəhrəman hərbiçisi əsgər (MAHHXHQ) Kəlbiliyev Mirkazım Feyruz oğlunun qızı Fatimənin 9 yaşı tamam olur. Bu münasibətlə Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov şəhidin ailəsinə telefonla zəng edərək təbrik etmiş, şəhid ailəsinin qayğıları ilə maraqlanmış və doğum gününü qeyd edən balamıza yerli təşkilat adından hədiyyə göndərmişdir.
Telefon danışığı zamanı şəhid ailəsi üzvləri dövlət başçısı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə, Birinci vitse-prezident çox hörmətli Mehriban xanım Əliyevaya və Yeni Azərbaycan Partiyasına şəhid ailələrinə göstərdikləri diqqət, sevgi və qayğıya görə öz dərin minnətdarlıqlarını bildirmişlər.