YAP Suraxanı rayon təşkilatı nümayəndələri Şəhid İsabala Hüseynovun ailəsini əkiz bacılarının dünyaya gəlməsi münasibəti ilə təbrik etmişlər

YAP Suraxanı rayon təşkilatı nümayəndələri Şəhid İsabala Hüseynovun ailəsini  əkiz bacılarının dünyaya gəlməsi münasibəti ilə təbrik etmişlər

Azərbaycanın rəşadətli ordusunun qəhrəman əsgəri Suraxanı rayon sakini, şəhid əsgər Hüseynov İsabala Ceyhun oğlunun əkiz bacıları Dəniz və İsabella artıq 40 gündür ki, dünyaya gözlərini açmışdır. Bu münasibət ilə Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, rayon təşkilatının  nümayəndələri və bir qrup şəhid ailəsi ailəni ziyarət edərək balaca Dəniz və İsabellanı təbrik etmiş, balalarımıza hədiyyələr təqdim olunmuş, ailənin qayğıları ilə maraqlanılmışlar. Yerli təşkilatın sədri Vüqar Seyidov şəhidimizin əziz xatirəsini bir daha yad edərək Allahdan rəhmət diləmişdir.

Qeyd edək ki, şəhid əsgər Hüseynov İsabala Ceyhun oğlu Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin müvafiq sərəncamları ilə “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və “Laçının azad olunmasına görə” medalları ilə təltif edilmişdir.

Sonda ailə üzvləri Dövlət başçısı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə, Birinci vitse-prezident çox hörmətli Mehriban xanım Əliyevaya və  Yeni Azərbaycan Partiyasına göstərdikləri diqqət, sevgi və qayğıya görə öz dərin minnətdarlıqlarını bildirmişlər.