YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov Birinci Qarabağ Müharibəsi Şəhidinin barelyefinin açılış mərasimində iştirak etmişdir

YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov Birinci Qarabağ Müharibəsi Şəhidinin barelyefinin açılış mərasimində iştirak etmişdir

12 noyabr 2021-ci il tarixdə Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov Birinci Qarabağ Müharibəsində şəhid olmuş Bayramov Fazil Sahabəyli oğlunun Qaraçuxur qəsəbəsi Yeni Günəşli yaşayış sahəsində yaşadığı evin girişində quraşdırılmış barelyefinin açılış mərasimində iştirak etmişdir.

Açılış mərasimi Azərbaycan Respublikasının Dövlət Himnin səslənməsi və şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanmışdır.

Tədbiri giriş sözü ilə açan şəhidin məzunu olduğu 279 saylı tam orta məktəbin direktoru Südəbə Abdullayev Vətən Müharibəsində şəhidlərimizin qanları ilə tarix yazdığını bildirdi. Birinci Qarabağ Müharibəsində canlarını qurban vermiş şəhidlərin öz əməlləri ilə İkinci Qarabağ Müharibəsində iştirak edənlərə və şəhid olanlara örnək olduqlarını vurğuladı.

Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov çıxış edərək bildirmişdir ki, şəhidlərin əziz xatirəsi hər zaman yaddaşlarda yaşayacaqdır. İstər Birinci, istərsə də İkinci Qarabağ Müharibəsində şəhid olmuş vətən övladlarının müstəqil Azərbaycan Respublikasının azadlığı uğrunda canlarından keçdiyini qeyd edən yerli təşkilatın sədri hər bir şəhidimizin ruhu qarşısında baş əydiyini dedi. Vüqar Seyidov Birinci Qarabağ Müharibəsində orduda vahid komandanlığın olmamasının çoxlu sayda şəhidlərin olmasına səbəb olduğunu bildirdi. Yerli Təşkilatın sədri qeyd etdi ki,  Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə yenidən qayıtması ilə ordu quruçuluğu başlandı və cənab Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarixə zəfər imza atdıq.

Qeyd edək ki, şəhid Bayramov Fazil Sahabəyli oğlu 01.04.1975-ci ildə Dərələyəz mahalında anadan olmuşdur. O, 1989-cu ildən Suraxanı rayon Qaraçuxur qəsəbəsində yaşamış, 10.12.1993-cü ildə Füzuli uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur

Sonda Şəhidin ailəsi göstərilən diqqət və qayğıya görə cənab Prezident İlham Əliyevə,  Birinci vitse-prezident çox hörmətli Mehriban xanım Əliyevaya və Yeni Azərbaycan Partiyasına öz dərin minnətdarlıqlarını bildirmişlər.