YAP Suraxanı rayon təşkilatının nümayəndələri Şəhid Orxan Hüseynovun oğlu Muradın doğum günündə iştirak etmişlər

YAP Suraxanı rayon təşkilatının nümayəndələri Şəhid Orxan Hüseynovun oğlu Muradın doğum günündə iştirak etmişlər
7 fevral 2026-cı il tarixdə şəhid baş leytenant Hüseynov Orxan Bəhmən oğlunun övladı Muradın 9 yaşı tamam olur. Muradın doğum günü ilə əlaqədar Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov və təşkilatın nümayəndələri ailəni ziyarət etmiş, ailənin qayğıları ilə maraqlanmışlar.
Şəhidin oğlu Muradın ad günündə qəhrəman vətən övladlarına, onların ailələrinə qayğı göstərməyə cəmiyyətimizin daima borclu olduğunu ifadə edən YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov cənab Ali Baş Komandan İlham Əliyev tərəfindən bütün şəhidlərimiz kimi baş leytenant Hüseynov Orxanın da xatirəsinin əziz tutulduğunu vurğulamışdır. Yerli təşkilatın sədri Ali rəhbərin Vətən Müharibəsi şəhidlərinə və onların ailələrinə olan diqqətinin hər kəsə nümunə olduğunu bildirmişdir.
Qeyd edək ki, şəhid baş leytanant Hüseynov Orxan Bəhmən oğlu Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin müvafiq sərəncamları ilə 3-cü dərəcə “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilmişdir.
Göstərilən diqqət və qayğıya görə şəhidin ailə üzvləri cənab Prezident İlham Əliyevə, Birinci vitse-prezident çox hörmətli Mehriban xanım Əliyevaya və Yeni Azərbaycan Partiyasına öz dərin minnətdarlıqlarını bildirmişlər.