YAP Suraxanı rayon təşkilatının nümayəndələri Vətən Müharibəsi qazisini övladının dünyaya gəlməsi münasibəti ilə təbrik etmişlər
13.01.2022 – ci il tarixində Vətən Müharibəsi qazisi, döyüşlərdə ağır yaralanmış və uzun reabilitasiya prosesi keçmiş qazi Fətullayev Məhəmməd Rövşən oğlununun qızı balaca Melisa dünyaya göz açmışdır. Bu münasibət ilə 21 fevral 2022-ci il tarixində Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, YAP Suraxanı rayon təşkilatının Əmircan qəsəbəsi Zülal Tağıyev 14 ünvanında yerləşən ƏPT-nin sədri Ceyran Novruzova və təşkilatın nümayəndələri qazimizin ailəsini ziyarət etmişlər.
Vətən Müharibəsi qazisi Məhəmməd Fətullayev qonaqları salamlayaraq şəhid ailələri və qazilərə göstərilən qayğıdan razı olduqlarını bildirmişdir. Qazi Məhəmməd Fətullayev Müzəffər Ali Baş Komandan İlham Əliyevə və çox hörmətli Mehriban xanım Əliyevaya öz dərin minnətdarlığını ifadə etmişdir.
Ziyarət əsnasında Vətən Müharibəsi qazisi Fətullayev Məhəmməd Rövşən oğlunun ailəsinin sosial durumu, dünyaya yeni gəlmiş qızının sağlamlığı və qazinin müalicəsinin gedişi ilə yaxından tanış olan Vüqar Seyidov bildirilmişdir ki, artıq Məhəmməd bir aydır ki, atadır. Yerli təşkilatın sədri Vətən Müharibəsi qazisini ata olmağı münasibəti ilə YAP Suraxanı rayon təşkilatının çoxminli üzvləri adından təbrik edərək yeni doğulan balamıza hədiyyələr təqdim etmişdir.
YAP-ın rəsmisi xüsusi qeyd etmişdir ki, Vətən Müharibəsindən sonra istər şəhid ailələri, istərsə də qazilərlə rayon təşkilatı sistematik iş qurmuşdur. Hər bir edilən müraciətin dəyərləndirildiyini ifadə edən təşkilat sədri qazilərin fiziki, psixoloji, mənəvi və sosial bərpası üçün istənilən köməyə hazır olduqlarını bildirdi. Vüqar Seyidov ölkə Prezidenti, YAP-ın sədri cənab İlham Əliyevin və çox hörmətli Mehriban xanım Əliyevanın həssas təbəqəyə olan münasibətlərinin hər bir vətəndaş üçün etalon olduğunu xüsusi vurğulamışdır.