YAP Suraxanı rayon təşkilatının nümayəndələri şəhidlərin şəhadətinin ildönümü mərasimlərində iştirak edirlər
5 oktyabr 2021-ci il tarixdə YAP Suraxanı rayon təşkilatının nümayəndələri şəhid baş leytenant Hüseynov Orxan Bəhmən oğlunun şəhadətinin ildönümü münasibəti ilə təşkil olunmuş anım mərasimində iştirak etmişlər. Öncə şəhid baş leytenant Hüseynov Orxan Bəhmən oğlunun Suraxanı rayon, Əmircan qəsəbəsi Şəhidlər Xiyabanındakı əbədi istirahətgahı rayon təşkilatının nümayəndələri tərəfindən ziyarət edilmiş, məzarı üzərinə güllər düzülmüş və dualar oxunmuşdur. Daha sonra YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov və təşkilatın nümayəndələri Suraxanı rayonu Qaraçuxur qəsəbəsi sakini, Vətən Müharibəsi şəhidi şəhid baş leytenant Hüseynov Orxan Bəhmən oğlunun anım mərasimində iştirak edərək ailənin qayğıları ilə maraqlanmışlar. Görüş zamanı şəhidlərimizə olan hörmət və ehtiramını bildirən Vüqar Seyidov demişdir ki, bütün şəhidlərimizin əziz xatirəsi hər zaman Azərbaycan xalqının qəlbində yaşayacaqdır. Dövlət başçımızın şəhid ailələrinin sosial qayğılarına göstərdiyi böyük diqqət bizlər üçün də nümunə təşkil edir. Tək təsəllimiz şəhidlərin qanlarının yerdə qalmaması və torpaqlarımızın işğaldan azad olunmasıdır. YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov şəhidimizin əziz xatirəsini bir daha yad edərək şəhidimizə Allahdan rəhmət diləmişdir.
Qeyd edək ki, şəhid baş leytenant Hüseynov Orxan Bəhmən oğlu Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin müvafiq sərəncamları ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni , “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilmişdir.
Göstərilən diqqət və qayğıya görə şəhidin ailə üzvləri cənab Prezident İlham Əliyevə, Birinci vitse-prezident çox hörmətli Mehriban xanım Əliyevaya və Yeni Azərbaycan Partiyasına öz dərin minnətdarlıqlarını bildirmişlər.