YAP Suraxanı rayon təşkilatının nümayəndələri “Payızın Zəfəri” adlı sərgidə iştirak etmişlər

YAP Suraxanı rayon təşkilatının nümayəndələri “Payızın Zəfəri” adlı sərgidə iştirak etmişlər

04 noyabr 2021-ci il tarixdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov və digər rəsmi şəxslər Suraxanı Rayon İcra Hakimiyyətinin, Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzinin, “Atashgah Art Centre”-in birgə təşkilatçılığı ilə "Atəşgah məbədi" Dövlət Tarix-Memarlıq Qoruğunda Vətən Müharibəsinin birinci ildönümünə həsr olunmuş “Payızın Zəfəri” adlı sərgidə iştirak etmişlər.

“Payızın Zəfəri” adlı sərgidə “ABAD”, “Buta”, “İpək Yolu”, “Zadagan”, “Gilabi Ceramics” kimi yerli brendlərin “Qarabağ” kolleksiyaları və tanınmış rəssamların Zəfəri tərənnüm edən rəsm əsərləri sərgilənmişdir.