YAP Suraxanı rayon təşkilatının nümayəndələri Birinci Qarabağ Müharibəsi Şəhidlərinin barelyefinin açılış mərasimində iştirak etmişlər

YAP Suraxanı rayon təşkilatının nümayəndələri  Birinci Qarabağ Müharibəsi Şəhidlərinin barelyefinin açılış mərasimində iştirak etmişlər

05 avqust 2022-ci il tarixdə Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov və təşkilatın nümayəndələri Birinci Qarabağ Müharibəsində şəhid olmuş Musayev Xəqani Musa oğlunun və Məmmədov Ağayar Baxış oğlunun Suraxanı rayonu Əmircan  qəsəbəsində adlarının əbədiləşdirilməsi məqsədi ilə barelyeflərinin açılış mərasimində iştirak etmişlər.

Tədbiri giriş sözü ilə açan Suraxanı RİH başçısının Əmircan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Əlixan Əliyev Vətən Müharibəsində şəhidlərimizin qanları ilə tarix yazdığını bildirdi. Birinci Qarabağ Müharibəsində canlarını qurban vermiş şəhidlərin öz əməlləri ilə İkinci Qarabağ Müharibəsində iştirak edənlərə və şəhid olanlara örnək olduqlarını vurğuladı.

Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov çıxış edərək bildirmişdir ki, şəhidlərin əziz xatirəsi hər zaman yaddaşlarda yaşayacaqdır. İstər Birinci, istərsə də İkinci Qarabağ Müharibəsində şəhid olmuş vətən övladlarının müstəqil Azərbaycan Respublikasının azadlığı uğrunda canlarından keçdiyini qeyd edən yerli təşkilatın sədri hər bir şəhidimizin ruhu qarşısında baş əydiyini dedi. Vüqar Seyidov Birinci Qarabağ Müharibəsində orduda vahid komandanlığın olmamasının çoxlu sayda şəhidlərin olmasına səbəb olduğunu bildirdi. Yerli Təşkilatın sədri qeyd etdi ki,  Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə yenidən qayıtması ilə ordu quruçuluğu başlandı və cənab Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarixə zəfər imza atdıq.

Sonda Şəhidin ailələri göstərilən diqqət və qayğıya görə cənab Prezident İlham Əliyevə,  Birinci vitse-prezident çox hörmətli Mehriban xanım Əliyevaya və Yeni Azərbaycan Partiyasına öz dərin minnətdarlıqlarını bildirmişlər.

/488