Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının Bülbülə qəsəbəsi 3-cü Mədən küçəsi 105 ünvanında yerləşən ərazi partiya təşkilatında YAP Suraxanı rayon təşkilatının nümayəndəsinin iştirakı ilə yığıncaq keçirilmişdir. Ərazi partiya təşkilatının sədri Orucəliyev Səfa Soltanhəmid oğlu uzun müddət çalışdığı təşkilatda rəhbərliyi təmsil etməklə eyni zamanda da ƏPT-nın sədri vəzifəsini daşıdığını vurğulamış, böyük məsuliyyət tələb edən hər iki vəzifəni böyük qürur hissi ilə icra etdiyini bildirmişdir. O çalışdığı təşkilata yeni təyin olunmuş rəhbərin həm gənc olduğunu, həm də görüləcək işlərin daha effektiv və operativliyi baxımından ƏPT sədri vəzifəsinə Nisə Fərəcovanın namizədliyini irəli sürdü. Nisə Fərəcova çıxış edərək 2011-ci ildən YAP üzvü olduğunu, eyni zamanda işlədiyi təşkilatlarda daim fəallıq göstərdiyini, partiya sədri, ölkə Prezidenti Cənab İlham Əliyevin apardığı siyasətin təbliğatçısı olduğunu vurğulamış, irəli sürülən təklifin məsuliyyətini və şərəfli olduğunu qeyd etmiş, göstərilən etimada görə təşəkkürünü bildirmişdir.
Bülbülə qəsəbəsi 3-cü Mədən küçəsi 105 ünvanında yerləşən ərazi partiya təşkilatının sədrinin seçilməsi məsələsi müzakirə edilərək qərar qəbul edilmişdir. ƏPT-nın üzvlərinin səs verməsi nəticəsində sədr Fərəcova Nisə Gürşad qızı seçilmişlər. ƏPT-nin iclası ilə bağlı protokol tərtib edilmişdir. Sonda Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının nümayəndəsi Salman Əbdülov çıxış edərək bildirmişlər ki Bülbülə qəsəbəsi 3-cü Mədən küçəsi 105 ünvanında ünvanında yerləşən ərazi partiya təşkilatın işində uğurlar diləmiş, gələcəkdə həyata keçiriləcək partiya fəaliyyəti, yeni üzvlərin qəbulu, üzvlük haqlarının vaxtında ödənilməsinin təmin edilməsi, qeydiyyat və uçotun səmərəli aparılması və ideoloji işin məqsədyönlü qurulması ilə bağlı öz tövsiyyələrini vermişdir.