YAP Suraxanı rayon təşkilatının ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqları uğurla həyata keçirilir
Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının Qaraçuxur qəsəbəsi 4048 ci məhəllə, bina 1, mənzil 100 ünvanında yerləşən ərazi partiya təşkilatında YAP Suraxanı rayon təşkilatının nümayəndəsinin iştirakı ilə hesabat-seçki yığıncağı keçirilmişdir. Ərazi partiya təşkilatının sədr Rəhman Hüseynov YAP-ın VI qurultayından bu günə qədər görülmüş işlər haqqında hesabat xarakterli məruzə ilə çıxış etmişdir. Daha sonra hesabat məruzəsi ətrafında müzakirələr aparılmış, çıxışlar edilmişdir. Qaraçuxur qəsəbəsi 4048 ci məhəllə, bina 1, mənzil 100 ünvanında yerləşən ərazi partiya təşkilatının sədr və sədr müavininin seçilməsi məsələsi müzakirə edilərək qərar qəbul edilmişdir. ƏPT-nın üzvlərinin səs verməsi nəticəsində sədr Rəhman Hüseynov , sədr müavini Xəyalə Əsgərova seçilmişlər. ƏPT-nın iclası ilə bağlı protokol tərtib edilmişdir.
Sonda Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının nümayəndəsi Kürsüm Həsənova çıxış edərək bildirmişdir ki, Qaraçuxur qəsəbəsi 4048 ci məhəllə, bina 1, mənzil 100 ünvanında yerləşən ərazi partiya təşkilatının işini qənaətbəxş hesab etmək olar.
YAP Suraxanı rayon təşkilatının nümayəndəsi gələcəkdə həyata keçiriləcək partiya fəaliyyəti, yeni üzvlərin qəbulu, üzvlük haqlarının vaxtında ödənilməsinin təmin edilməsi, qeydiyyat və uçotun səmərəli aparılması və ideoloji işin məqsədyönlü qurulması ilə bağlı öz tövsiyyələrini vermiş, ƏPT-nın fəaliyyətinə uğurlar diləmişdir.