YAP Suraxanı rayon təşkilatının ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqları uğurla həyata keçirilir

YAP Suraxanı rayon təşkilatının ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqları uğurla həyata keçirilir

YAP Suraxanı rayon təşkilatının ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqları uğurla həyata keçirilir

Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının Bülbülə qəsəbəsi Nəriman Nərimanov küçəsi 61 ünvanında yerləşən ərazi partiya təşkilatında YAP Suraxanı rayon təşkilatının nümayəndəsinin iştirakı ilə hesabat-seçki yığıncağı keçirilmişdir. Öncə ərazi partiya təşkilatının sədri Ağcayeva Rahilə Fərhad qızı YAP-ın VI qurultayından bu günə qədər görülmüş işlər haqqında hesabat xarakterli məruzə ilə çıxış etmişdir. Daha sonra hesabat məruzəsi ətrafında müzakirələr aparılmış, çıxışlar edilmişdir. Bülbülə qəsəbəsi Nəriman Nərimanov küçəsi 61 ünvanında yerləşən ərazi partiya təşkilatının sədri və sədr müavininin seçilməsi məsələsi müzakirə edilərək qərar qəbul edilmişdir. ƏPT-nın üzvlərinin səs verməsi nəticəsində sədr Ağcayeva Rahilə Fərhad qızı, sədr müavini Abdullayeva Mayya Fuad qızı seçilmişlər. ƏPT-nın iclası ilə bağlı protokol tərtib edilmişdir. Sonda Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının nümayəndəsi Salman Əbdülov çıxış edərək bildirmişdir ki, Bülbülə qəsəbəsi Nəriman Nərimanov küçəsi 61 ünvanında yerləşən ərazi partiya təşkilatının işini qənaətbəxş hesab etmək olar.

YAP Suraxanı rayon təşkilatının nümayəndəsi gələcəkdə həyata keçiriləcək partiya fəaliyyəti, yeni üzvlərin qəbulu, üzvlük haqlarının vaxtında ödənilməsinin təmin edilməsi, qeydiyyat və uçotun səmərəli aparılması və ideoloji işin məqsədyönlü qurulması ilə bağlı öz tövsiyyələrini vermiş, ƏPT-nın fəaliyyətinə uğurlar diləmişdir.