YAP Suraxanı rayon təşkilatının ərazi partiya təşkilatında seçki iclası keçirilmişdir

YAP Suraxanı rayon təşkilatının ərazi partiya təşkilatında seçki iclası keçirilmişdir
Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının Bülbülə qəsəbəsi Nəriman Nərimanov küçəsi 61 ünvanında yerləşən ərazi partiya təşkilatında yerli təşkilatın sədr müavini Salman Əbdülovun iştirakı ilə iclas keçirilmişdir.
Ərazi partiya təşkilatının sədri Rahilə Ağcayeva YAP üzvlərini salamlayaraq iclası açıq elan etdikdən sonra ƏPT-də son dövrlər ərzində görülən işlər haqqında ətraflı məlumat vermişdir. Daha sonra bildirmişdir ki, bugünkü iclasın gündəliyində bir məsələ - ƏPT-nin sədrinin seçilməsi məsələsi nəzərdə tutulmuşdur. R.Ağcayeva tərəfindən sədr vəzifəsinə Arzu Məmmədovanın namizədliyi irəli sürülmüş və səsvermə nəticəsində A.Məmmədova sədr seçilmişdir.
Yeni seçilmiş sədr Arzu Məmmədova Rahilə Ağcayevanın uzun illər YAP-da təcrübəsini və ƏPT-də səmərəli fəaliyyətini nəzərə alaraq onun ƏPT-nin sədr müavini kimi namizədliyini irəli sürdü. ƏPT-də təmsil olunan üzvlərin səsverməsi nəticəsində Rahilə Ağcayeva sədr müavini seçilmişdir.
Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədr müavini Salman Əbdülov çıxış edərək bildirmişdir ki, Bülbülə qəsəbəsi Nəriman Nərimanov küçəsi 61 ünvanında yerləşən ərazi partiya təşkilatında partiya işinin təşkili qənaətbəxşdir. Bundan sonra da ideoloji işin gücləndirilməsi, səmərəliliyinin artırılması və üzvlərin uçot operativliyi, dəqiqliyi diqqət mərkəzində saxlanılmalıdır.
Daha sonra ƏPT üzvləri tərəfindən verilən suallar cavablandırılmışdır. Sonda YAP-a daxil olan bir qrup partiya üzvünə vəsiqələr təqdim olunmuşdur.