YAP Suraxanı rayon təşkilatında dövlət başçısının VIII Qurultaydakı nitqi ilə bağlı görüşlər uğurla davam edir

YAP Suraxanı rayon təşkilatında dövlət başçısının VIII Qurultaydakı nitqi ilə bağlı görüşlər uğurla davam edir

28 oktyabr 2026-cı il tarixində Yeni Azərbaycan Partiyası (YAP) Suraxanı rayon təşkilatı Azərbaycan Respublikasının Prezidenti, partiyanın Sədri İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrin müzakirəsinə həsr olunmuş görüşləri uğurla davam etdirir.

Bu gün Qaraçuxur qəsəbəsi, Cəlal Qurbanov küçəsi 44 ünvanında yerləşən 104 nömrəli tam orta ümumtəhsil məktəbinin Ərazi Partiya Təşkilatında (ƏPT) növbəti belə görüş keçirilib.

Tədbiri giriş sözü ilə açan ƏPT-nin sədri, 104 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru Kərəm Mehdiyev bildirib ki, 2 oktyabr 2026-cı il tarixində keçirilən VIII Qurultay Azərbaycanın siyasi tarixində tamamilə yeni reallıqların təməlini qoyan, partiyanın gələcək hədəflərini müəyyənləşdirən rəsmi və strateji bir hadisədir.

Məktəbin direktor müavini və ƏPT sədrinin müavini Sülhəddin Allahverdiyev çıxış edərək qeyd etmişdir ki, VIII Qurultay təkcə hesabat xarakteri daşımır, həm də əldə edilmiş böyük hərbi-siyasi nəticələrin partiyanın fəaliyyət proqramında hüquqi və ideoloji olaraq möhkəmləndirilməsi rolunu oynayır.

YAP Suraxanı rayon təşkilatının məsləhətçisi Kürsüm Həsənova çıxışında YAP-ın VIII Qurultayı ilə bağlı ətraflı məlumat verərək demişdir ki, qurultaydakı mesajlar Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa-quruculuq işlərinə, "Ağıllı kənd və şəhər" layihələrinə, eləcə də yaşıl enerji strategiyasına partiya kadrlarının və üzvlərinin maksimum dəstək verməsini hədəfləyir.

Daha sonra iştirakçıların sualları cavablandırılıb.

Paylaş