YAP Suraxanı rayon təşkilatı şəhid Nazim Kirxlarovun qardaşı qızının dünyaya gəlməsi münasibəti ilə ailəsini təbrik etmişdir
Azərbaycan öz tarixi torpaqlarını canlarını vətən uğrunda qurban verən igid oğulları sayəsində düşmən tapdağından azad etmişdir. Canlarını, sağlamlıqlarını vətənin bütövlüyü uğrunda qurban verən vətənpərvərlərin əmanətləri olan ailələri, doğmaları unudulmur və onlar istər dövlət orqanları, istərsə də cəmiyyətimiz tərəfindən ali diqqət, sevgi və qayğı ilə əhatələnirlər.
YAP Suraxanı rayon təşkilatı Azərbaycanın rəşadətli ordusunun qəhrəman əsgəri Suraxanı rayon sakini, Vətən Müharibəsində şəhid olmuş Kirxlarov Nazim Nadir oğlunun qardaşı qızının dünyaya göz açması münasibəti ilə şəhid ailəsini təbrik etmişdir .Bu münasibət ilə Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov və yerli təşkilatın nümayəndələri ailəni ziyarət edərək balaca Menessanı təbrik etmiş, balamıza hədiyyələr təqdim olunmuş, ailənin qayğıları ilə maraqlanılmışlar.
Sonda ailə üzvləri Dövlət başçısı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə, Birinci vitse-prezident çox hörmətli Mehriban xanım Əliyevaya və Yeni Azərbaycan Partiyasına göstərdikləri diqqət, sevgi və qayğıya görə öz dərin minnətdarlıqlarını bildirmişlər.