YAP -ın təsis konfransının keçirilməsi zamanın ictimai tələbi idi

YAP -ın  təsis konfransının keçirilməsi zamanın ictimai tələbi idi

Şəms Həşimova

YAP Suraxanı rayon təşkilatının üzvü

Suraxanı rayonu, 208 nömrəli tam orta məktəbin müəllimi

Cəmiyyətdə  böyük nüfuza  malik  olan  Yeni Azərbaycan  Partiyasının   yaranmasının  31-ci ili tam olur. Azərbaycanın  taleyini   düşünən  insanlar  XX əsrin 90-cı illərində ölkəni böhrandan çıxara  biləcək  yeni bir partiya  yaratmaq  təşəbbüsü ilə çıxış etdilər  və  bu məqsədlə  xalqın  sınanmış lideri və peşəkar  siyasətçi  Heydər Əliyevin  şəxsiyyəti  ətrafında  birləşdilər. Ölkəmizdə  ictimai-siyasi  sabitliyin  gərgin olduğu,  hərc-mərcliyin tüğyan etdiyi  həmin  tarixdə  Ulu Öndər  Heydər  Əliyevin  banisi olduğu , bir  siyasi təşkilat –Yeni Azərbaycan   Partiyası yarandı.

Yeni Azərbaycan  Partiyasının  təsis konfransı  21 noyabr 1992-ci  il tarixində  Naxçıvanda   ölkəmizin  bütün  regionlarını  təmsil edən  və 550 nəfərdən  ibarət  olan   təşəbbüs qrupunun  iştirakı ilə keçirilmişdir.Təsis konfransı  Yeni Azərbaycan   Partiyasının  yaradılması  haqqında  qərar  partiyanın  Proqram və Nizamnaməsini  qəbul etdi. Partiyanın proqramında müstəqillik, dövlətçilik,  qanunçuluq, vətəndaş həmrəyliyi  kimi  ideoliji  prinsiplər  müəyyən  edildi.

Heydər  Əliyev 1993-2003-cü illərdə  Azərbaycan Respublikasının  Prezidenti kimi  xalqına  arxalanaraq  və YAP  sədri kimi  partiyasının   kadr  potensialına  söykənərək  özünün zəngin  dövlətçilik  təcrübəsini  və  uzaqgörən  siyasətini  tətbiq  edərək  çox  qətiyyətli , müdrik,  effektli  idarəçilik  həyata  keçirdi. Partiyanın  xarici əlaqələri  çox  genişdir və bu əlaqələr  gündən-günə  genişlənir. YAP   cəmiyyətimizin  bütün  təbəqələrini,  bütün yaş qruplarını  birləşdirir. Yeni Azərbaycan Partiyası  sözün  əsl mənasında  ümumxalq  partiyasıdır. Ulu Öndərimiz  Heydər  Əliyev tərəfindən  qurulan  müstəqil Azərbaycan dövlətinin   inkişafı  bu gün Yeni Azərbaycan Partiyasının  sədri  ölkə başçısı  İlham Əliyev  tərəfindən böyük uğurla  həyata   keçirilir. Prezident  İlham Əliyevin  rəhbərlik etdiyi  YAP  böyük gücə  çevrilib onun 720 mindən çox  üzvü  var .

Bu gün Yeni Azərbaycan Partiyasının yubileyini qeyd  edərkən  hər birimiz  yenə də Ulu Öndərin  xatirəsinə ehtiramımızı  ifadə edirik .Çünki illər  keçdikcə  və dünya  dəyişdikcə  hər birimiz  çox gözəl  bilirik ki, əgər o vaxt Azərbaycan xalqı Heydər  Əliyevə müraciət  etməsəydi,  ölkəmiz  daha  böyük  fəlakətlə  üzləşə bilərdi.