Xocalıda baş verən hadislələr Azərbaycan xalqının yaddaşından heç vaxt silinməyəcək

Xocalıda baş verən hadislələr Azərbaycan xalqının yaddaşından heç vaxt silinməyəcək

Könül Hümbətova 

16 saylı Uşaq Poliknikasının baş həkimi

YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri

“Xocalı faciəsi iki yüz ildən çox müddətdə erməni millətçilərinin xalqımıza qarşı apardığı soyqırımı siyasətinin qanlı səhifəsidir. Dövlətimizin qurucusu, Ümumilli lider Heydər Əliyev “Xocalı Soyqrımı”nı Azərbaycana qarşı törədilmiş bir cinayət və qəddarlıq kimi hesab edirdi.

1992-ci il fevral ayının 26-da Xocalı şəhərində baş verən hadislələr Azərbaycan xalqının yaddaşından heç vaxt silinməyəcək. Həmin gün orada yaşayan inasanların başına gətirilən vəhşilikləri heç kim heç vaxt unutmayacaq. Əliyalın insanlar, qadınlar, körpələr amansızlıqla işgəncə görmüşdür.

Verilən məlumata görə, ümumilikdə Xocalıda 613 nəfər qətlə yetirilib, 1275 nəfər əsir düşüb, 56 nəfər isə xüsusi qəddarlıqla öldürülübdür. Şəhərin isə yararsız bir hala salınmışdır. Oradan məcburi köçkün salınmış əhalimiz illərcə vətən həsrəti çəkimişlər. Evlərini, yurd-yuvalarını arzulayıb, bu hisslə illə boyu yanmışlar.

Erməni vəhşilikləri tək Xocalıda deyil, Azərbaycanıın başqa torpaqlarında da törədilmişdir. Əsirlər boyu onların bizim vətənimizə olan istəyi keçməmiş, torpaqlarımızdan düşmən gözlərini çəkməmişdirlər. Azərbaycanın bir çox ərazilərini 30 ildən çox öz tapdaqları altında saxlamağı bacarmışdılar.

Xalqımızın ağrılı- acılı günlərinə 2020-ci il sentyabr ayının 27-də son qoyulmağa başlanıldı. Belə ki, Ali Baş Komandan cənab İlham Əliyevin “Dəmir Yumruq” u düşməni məhv etməyə bəs etdi. Cənab Prezidentin güclü daxili və xarici siyasəti nəticəsində Azərbaycanın düşmən əsarətində olan, inildəyən ata-baba yurdları özümüzə qaytarıldı.

İndi bütün dünya bu siyasətdən, bu gücdən və Liderimizdən danışır. Cəmi 44 gün davam edən Vətən müharibəsi və 23 saat davam edən Lokal antiterror əməliyyatından sonra azad olunmuş ərazilərimizdə yenidənqurma işləri aparılır. Sürətlə davam edən bərpa işlərindən sonra əhali öz doğma yurdlarına köçür.

Bütün bu xöş günləri xalqına yaşadan Prezident cənab İlham Əliyevə öz minnətdarlığımızı bildiririk!