Xocalı soyqırımının 30 illiyi ilə əlaqədar Suraxanı rayonu Səttar Bəhlulzadə adına Xarici Dillər Təmayüllü Gimnaziyada anım tədbiri keçirilmişdir

Xocalı soyqırımının 30 illiyi ilə əlaqədar Suraxanı rayonu Səttar Bəhlulzadə adına  Xarici Dillər Təmayüllü Gimnaziyada anım tədbiri keçirilmişdir

25.02.2022 – ci il tarixində Xocalı soyqırımının 30 illiyi ilə bağlı keçirilən tədbirlər çərçivəsində Suraxanı rayonu Suraxanı rayonu Səttar Bəhlulzadə adına Xarici Dillər Təmayüllü Gimnaziyada anım mərasimi keçirilmişdir. Anım tədbiri Suraxanı Rayon İcra Hakimiyyətinin, YAP Suraxanı Rayon Təşkilatının və Səttar Bəhlulzadə adına Xarici dillər təmayüllü Respublika Gimnaziyasının birgə təşkilatçılığı ilə təqdim olunmuşdur.

Tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, Suraxanı rayonunda fəaliyyət göstərən təhsil müəssisələrinin rəhbərləri, Xocalı sakinləri və Xarici Dillər Təmayüllü Gimnaziyanın müəllim-şagird kollektivi iştirak edirdi. Öncə məktəbin foyesində şagirdlər tərəfindən yaradılmış Xocalı soyqırımına həsr olunmuş sərgiyə qonaqlar tərəfindən baxış keçirilmişdir. Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayan tədbirdə Xocalı soyqırımı qurbanlarının əziz xatirələri bir dəqiqəlik sükutla yad edilmişdir.

Tədbiri giriş sözü ilə açan Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov çıxışında Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Zəfər qazandığımız 44 günlük Vətən müharibəsində tarixi ədalətin bərpa olunduğunu, Xocalı qurbanlarının və bütün Şəhidlərimizin qisasının alındığını bildirərək onların ruhunun şad olduğuna əminliyini ifadə etmişdir. Həmçinin, RİH başçısı Xocalı haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, bu faciənin xalqımıza qarşı soyqırım aktı kimi tanınması üçün Azərbaycan dövlətinin bütün zəruri addımları atdığını bildirmişdir.

YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov 1992-ci il fevralın 26 – da törədilən  faciənin  genosid olduğunu vurğulayaraq Xocalı soyqırımını Xatın, Xirosima, Naqasaki, Sonqmi və digər dəhşətli faciələr ilə müqayisə etmişdir. Gənclər, yeniyetmələr arasında xalqımızın başına gətirilən müsibətlərin unudulmaması məqsədi ilə maarifləndirmə işinin əhəmiyyətinə toxunan Vüqar Seyidov təhsil ocaqlarnın, məktəb kollektivlərinin vətənpərvər ruhda fəaliyyətini, əməyini yüksək qiymətləndirmişdir.

Suraxanı rayonu Səttar Bəhlulzadə adına Xarici Dillər Təmayüllü Gimnaziyanın direktoru Xəyalə Veysova gənclərin, yeniyetmələrin tərbiyəsində məktəblərin roluna toxunan üzərlərinə düşən məsuliyyəti, yükü dərk etdiklərini bildirmişdir. Xəyalə Veysova bildirmişdir ki, vətənpərvər ruhda tərbiyə olunan gənclik Vətən Müharibəsinin şanlı zəfərin əldə olunmasında əhəmiyyətli dərəcədə rol oynamışdır.

Xocalıdan olan məcburi köçkünlər, faciənin canlı şahidləri öz xatirələrini tədbir iştirakçıları ilə bölüşmüşlər. Daha sonra məktəbin müəllim-şagird kollektivinin ifasında Xocalı soyqırımına həsr olunmuş ədəbi - bədii gecə təqdim olunmuşdur. Soyuq fevral gecəsi Xocalıda xalqımızın başına gətirilmiş misli görülməmiş müsibətlər şagirdlərin təqdimatında nümayiş etdirilmişdir.