Xocalı soyqırımı dünya tarixində baş vermiş ən qanlı faciələrdəndir

Xocalı soyqırımı dünya tarixində baş vermiş ən qanlı faciələrdəndir

Elnarə Yarıyeva

YAP Suraxanı rayon təşkilatının fəal üzvü

Suraxanı rayonu, 279 nömrəli tam orta məktəbin əməkdaşı

Silahsız insanların gülləbaran edilməsi, əsir və girov götürülən şəxslərə qarşı qeyri-insani rəftar, ailələrin tamamilə məhv edilməsi və yaşayış məntəqəsinin yer üzündən silinməsi faktları bu faciənin miqyasınıvə qəddarlığını açıq şəkildə göstərir. 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə erməni silahlı qüvvələri tərəfindən

Xocalı soyqırımı təkcə Azərbaycan xalqına qarşı deyil, bütövlükdə bəşəriyyətə qarşı törədilmiş ağır və sistemli cinayətdir. Xocalı şəhərinə qarşı genişmiqyaslı hərbi hücum həyata keçirilmiş, nəticədə dinc Azərbaycan əhalisi amansızcasına qətlə yetirilmişdir. Bu faciə zamanı 613 nəfər Xocalı sakini öldürülmüşdür ki, onlardan 63-ü uşaq, 106-sı qadın, 70-i isə qoca olmuşdur.  Xocalı soyqırımı dünya tarixində baş vermiş ən qanlı faciələrdən biridir.

Dinc əhalinin- qadınların, uşaqların, qocaların məqsədli şəkildə hədəfə alınması bu hadisəni adi hərbi toqquşmadan fərqləndirir. 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirmişdir. Hücum nəticəsində 487 nəfər yaralanmış, 1275 nəfər əsir və girov götürülmüşdür. Əsir götürülənlərdən 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək naməlum olaraq qalır.

Xocalı hadisələrində beynəlxalq humanitar hüququn və insan hüquqları normaları ciddi şəkildə pozulmuşdur.Cenevrə konvensiyalarına əsasən, silahlı münaqişə zamanı mülki əhalinin qorunması əsas prinsipdir və dinc əhali məqsədli şəkildə hədəfə alınması qadağandır. Xocalıda isə ermənilər bütün bunların tamamilə əksini etmiş və qəbul olunmuş bütün norma və prinsipləri heçə saymışdır.