“Xilasa Aparan Yol: 15 İyun –Milli Qurtuluş Günü” adlı dəyirmi masa keçirilib

“Xilasa Aparan Yol: 15 İyun –Milli Qurtuluş Günü” adlı dəyirmi masa keçirilib

13 iyun 2025-ci ildə Suraxanı rayonu, Əmircan bələdiyyəsinin inzibati binasında “Xilasa Aparan Yol: 15 İyun –Milli Qurtuluş Günü” adlı dəyirmi masa keçirilib. Dövlət himni səsləndirilib, Ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Dəyirmi masanı giriş sözü ilə açan Suraxanı rayonu, Əmircan bələdiyyəsinin sədri, YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri Emil Yusifov geniş nitq ilə çıxış etmişdir. Emil Yusifov bildirmişdir ki, Ulu Öndər  Heydər Əliyev ağır siyasi vəziyyəti və xalqın tələbini nəzərə alaraq Bakı şəhərinə gəlməyi qəbul etdi. Böyük siyasi təcrübə sahibi Heydər Əliyev baş verən hadisələri yerində təhlil etmək üçün həyatı təhlükə olmasına baxmayaraq Gəncə şəhərinə getməyi xalq qarşısında özünə mənəvi borc bildi.

Daha sonra çıxış edən Suraxanı rayonu, Əmircan bələdiyyəsinin sədr müavini, YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri Cəmilə Ağayeva bildirmişdir ki, Azərbaycan tarixində xalqın taleyini dəyişən, ölkəmizi parçalanmaq təhlükəsindən xilas edən və sabitliyə, inkişafa aparan günlərdən biri də 15 İyundur – Milli Qurtuluş Günü. Bu tarix təkcə siyasi hadisə deyil, bir millətin öz xilaskarına – Ulu Öndər Heydər Əliyevə arxalanaraq yenidən ayağa qalxmasının, dövlət müstəqilliyini qorumasının simvoludur.

Qarşılıqlı fikir mübadiləsi şəraitində davam edən dəyirmi masa iştirakçıları çıxış edərək bildirdilər ki, Ulu Öndər Heydər Əliyev Milli Qurtuluşumuzu şüurlarda, qəlblərdə formalaşdırdı. Milli Qurtuluş ruhu həm də milli Vətənpərvər ruhun formalaşmasına xidmət etdi. Bu eşq və bu arzu o qədər böyük niyyətə çevrildi ki, hətta Ümummilli Liderin fiziki yoxluğunda belə biz öz yolumuzla Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə işıqlı sabahlara doğru gedirik.