Xarici ticarət dövriyyəsində Azərbaycanla Ruminiya arasında 2,4 dəfə artım qeydə alınıb

Xarici ticarət dövriyyəsində Azərbaycanla Ruminiya arasında 2,4 dəfə artım qeydə alınıb

ÇİNARƏ HÜSEYNOVA

YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədr müavini

Suraxanı rayonu 172 nömrəli tam orta məktəbin kitabxana müdiri

Azərbaycan dünyanın bir çox ölkələri ilə siyasi-iqtisadi, mədəni əlaqələr qurur. Ölkəmizin möhkəm təməllər üzərində dostluq əlaqələri qurduğu ölkələrdən biri də Rumıniyadır. Rumıniya-Azərbaycan iqtisadi və  siyasi münasibətləri yüksələn templə inkişaf etməkdədir. Azərbaycan - Rumıniya münasibətlərinin əsası hələ XV əsrdə qoyulub. 1473-cü ildə Ağqoyunlu hökmdarı Uzun Həsən və Moldav knyazı Böyük Stefan hərbi əməkdaşlıq haqqında müqavilə imzalayıblar. Bu əlaqələr Səfəvilər dövründə də davam etdirilib. Güman olunur ki, Azərbaycan dilində ilk çap məhsulu rumın knyazı Dmitri Kantemirin iştirakı ilə meydana çıxıb. Belə ki, I Pyotru Xəzərsahili səfərində  müşayiət edən knyaz onun yerli əhaliyə müraciətinin Azərbaycan dilində mətnini hazırlayıb.

Xarici siyasətində beynəlxalq əməkdaşlığa xüsusi önəm verən müstəqil Azərbaycan dünya dövlətləri ilə əlaqələrini genişləndirməklə dostluq, tərəfdaşlıq münasibətlərini daha da dərinləşdirir. Heydər Əliyevin 1993-cü ildə yenidən ölkənin rəhbərliyinə qayıdışından sonra respublika sürətli inkişaf yoluna qədəm qoyub. Bu inkişaf yolu bugün də Ulu Öndərimizin davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Yürüdülən məqsədyönlü siyasət nəticəsində Azərbaycan nəinki regionda, həmçinin dünyada öz sözünü deyə bilən bir ölkəyə çevrilib. Belə ölkələrindən biri də Rumıniyadır. Rumıniya Azərbaycan müstəqilliyini 11 dekabr 1991-ci ildə tanıyıb. İki dövlər arasında diplomatik münasibətlər isə 1992-ci ilin 19 iyunundan başlayıb. Bu münasibətlər 30 il ərzində yüksələn xətt ilə inkişaf edərək, bugün ən yüksək səviyyəyə çatmışdır. Azərbaycan Rumıniya üçün bütün sferalarda dost ölkədir.

Rumıniya Avropa İttifaqı ölkələri sırasına  daxil olan 28 dövlətdən biridir. Məlumdur ki, Azərbaycanın ən önəmli tərəfdaşı Avropa İttifaqıdır. Avropa üçün  də Azərbaycan öz növbəsində enerji ehtiyatlarına görə əsas və önəmli tərəfdaşdır. Avropa dəyişən geosiyası vəziyyətə uyğun olaraq öz enerji tələbatlarını təmin etmək üçün çox istiqamətli siyasət aparır. Ümumiyyətlə Azərbaycanla xarici ticarət dövriyyəsinin artmasına dünyanın bir çox ölkələri maraq göstərir. Bu dövlətlər sırasına Rusiya, Türkiyə, Ukrayna, Belarusiya, Gürcüstan, Çin, Ruminiya, Qazaxıstan və s. aiddir. Azərbaycanla ticarət əlaqələri daha da genişlənməsi və iqtisadi münasibətlərin möhkəmlənməsi üçün çalışır.

Rumınıya ilə Azərbaycan arasında siyasi dialoq mühiti formalaşaraq yeni inkişaf mərhələsinə yüksəlmiş, strateji tərəfdaşlığa əsaslanan əlaqələrin möhkəmlənməsi üçün yeni səhifələr açılmışdır. Xarici ticarət dövriyyəsində Azərbaycanla Ruminiya arasında 2,4 dəfə artım qeydə alınıb.

Rumıniya və Azərbaycan münasibətlərində enerji sahəsində tərəfdaşlığa çox böyük diqqət göstərilir. Azərbaycanın bərpa olunan enerji potensialı vardır. Bərpa olunan enerji potensialı dedikdə, günəş, külək enerjisi layihələrini enerji və dənizdə “yaşıl və hidrogen” və külək enerji layihələri nəzərdə tutulur. Azərbaycan gələcəkdə neft və qaz resurslarını qənaətlə istifadə edərək Avropa üçün elektrik enerjisi və “yaşıl enerji” təchizatçısına çevrilməsi gözlənilir. “Yaşıl enerji” ixracı Azərbaycan Avropa münasibətlərində yeni mərhələ olacaqdır. Yaşıl enerji dəhlizinin yaradılması üçün imzalanan “yaşıl enerji”nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş enerji təhlükəsizliyi və enerji dəhlizinin yaradılması atılan ən mühüm addımdır. Yaşıl enerji ixracının bir neçə istiqamətdə ötürülməsi üçün ötürücü xətlərin yaradılması atılacaq növbəti mühüm addımlardan biri olacaq.

Həmçinin SOCAR şirkətinin Rumıniyada fəaliyyəti uzun illərdir davam edir. SOCAR-ın Ruminiyda 70-dən çox yanacaq doldurma məntəqəsi vardır və bu məntəqərin gələcəkdə sayının daha da artırılması nəzərdə tutulur. Azərbaycan Cənubi Qafqazda ilk ölkədir ki, Ruminiya onunla strateji əməkdaşlıq aparır.

Bununlada, Rumıniya-Azərbaycan əlaqələrinin hazırkı mərhələsi deməyə əsas verir ki, əməkdaşlıq həm qaz,  həm yaşıl enerji dəhlizləri, həm də nəqliyyat sahəsində gözəl nəticələrə gətirib çıxaracaq. Bütün bu işlər Azərbaycan və Rumıniya xalqlarının yaxınlaşması, bir-birini daha yaxından tanıması və gələcəkdə daha geniş tərəfdaşlıq, əməkdaşlıq münasibətlərinin qurulması üçün çox vacib addımlardır.