Xankəndində tamamlanan qətiyyətli liderlik zəncirinin ən son halqası

Xankəndində tamamlanan qətiyyətli liderlik zəncirinin ən son halqası

Aysel Ələkbərzadə

YAP Suraxanı rayon təşkilatının fəal üzvü

 UNEC-in YENİ Klubunun fakültə üzrə sədri

İlham Heydər oğlu Əliyev müstəsna xidmətləri ilə yeni tarixi dövrün milli lideri pilləsinə ucalmışdır. Məhz qətiyyətli liderlik zəncirinin hər bir halqasına diqqətlə nəzər yetirdikdə, Azərbaycanda demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunda fəal iştirak edən prezidentimizi aydın şəkildə görürük. Bu il 15 oktyabrda həmin zəncirə XX  halqa əlavə olundu. Bu halqa xalqımıza tarixi anlar yaşatdı. Hansı ki, xalqımızın etimad mənbəyi olan liderimiz 20 il öncə verdiyi vədi yerinə yetirdi. Bu gün Xankəndidəyik, Xankəndinin mərkəzindəyik, Azərbaycanın Dövlət Gerbinin, Azərbaycan Bayrağı altındayıq.

Xüsusi ilə qeyd etməliyik ki, Heydər Əliyev yolunun ən layiqli davamçısı İlham Əliyevdir. Xalqımızın sevgisini, inamını qazanan hələ də, ürəklərimizdə yaşayan Ulu Öndərin söylədiyi hər bir ifadə vətəndaşlarımız tərəfindən etimadla qarşılanar, qəbul olunardı. 20 il bundan öncə Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqına tarixi müraciətinə nəzər yetirsək, İlham Əliyevə qarşı olan ümidlərini, inamını görərik.  “Üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn Prezident seçkilərində Prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”. Bu sözlər böyük tarixi əhəmiyyətə malikdir və bu gün zaman sübut edir ki, Ulu Öndər etimadı cənab Prezident tərəfindən tam doğruldulmuşdur.

2003-cü ilin 15 oktyabrı tarixində keçirilmiş seçkilərdə seçicilərin 76 faizdən çoxu İlham Əliyevə səs vermişdir. Xalqımız çox gözəl bilirdi ki, Ulu Öndər hər şeyin ən gözəlini, layiqlisini Azərbaycanlılarımıza məsləhət bilər. Məhz liderimizə olan  özgüvənin səbəbidə bu idi. Səhhətindən, özündən əvvəl Azərbaycanı düşünürdü. Öndərimizin axıra çatdıra bilmədiyi taleyüklü məsələləri, planları, işləri Ali Baş Komandanımız Heydər Əliyev dəsti-xətti ilə davam etdirib, uğurla başa vurdu.  Potensialına və dünyaya verdiyi töhfələrə görə qüdrətli xalqlar ilə bir sırada dayanan Azərbaycan xalqının mütəşəkkil qüvvə kimi formalaşmasının dəstəklənməsi üçün görülən işlərin miqyası ildən-ilə genişlənir. Bu gün Xankəndində, Ağdərədə, Xocalıda, Xocavəndə və digər torpaqlarımızda dalğanan bayraqlar bunu deməyə əsas verir ki, regiona sülhü gətirmişik və bundan daha böyük töhfə ola bilməzdi.

Ümummilli liderimizin ürəyi Qarabağımızla döyünürdü. “Şuşasız Qarabağ, Qarabağsız ümumiyyətlə, Azərbaycan yoxdur”. “Azərbaycanın ərazi bütövlüyünü təmin etmək üçün hər bir döyüşə, hər bir vuruşa hazır olmalıyıq”, - söyləyən Ulu Öndər sanki uzaqgörənliklə dünəndən bu günə səslənib və yaxud “Bizim məqsədimiz müharibə etmək deyil, ordumuz ərazi bütövlüyünü, sərhədlərinin toxunulmazlığını təmin etmək üçün lazımdır” paradiqmal məntiqi günümüzün yoludur.

Bəli, Ali Baş Komandanımız ata vəsiyyətini 44 gün ərzində yerinə yetirib, adını dünya tarixinə qızıl hərflərlə yazdırdı. Artıq Azərbaycanla dünyada hesablaşırlar. Həm üç il bundan əvvəl, həm son üç il ərzində, həm də sentyabr ayında keçirilmiş lokal antiterror tədbirləri zamanı Azərbaycan əsgəri, zabiti əsl qəhrəmanlıq, vətənpərvərlik, fədakarlıq göstərmişdir. Məhz o zaman bizim bir xalq olaraq Dəmir Yumruq kimi Ali Baş Komandanın ətrafında birləşməyimiz qələbəmizin əldə olunmasında ən böyük açar idi. Azərbaycan xalqı hər gün, hər saat öz müqəddəs məqsədinə doğru gedir.

Azərbaycan haqlı savaşında zəfər çaldı. Ürəyimizin yanıqlı, odlu yeri olan Xocalımızda, Xankəndimizdə, Xocavəndimizdə, Ağdərəmizdə, Əsgəran qəsəbəmizdə, vaxtilə 1976-cı ildə kənd təsərrüfatının inkişafı üçün Ulu öndərimiz tərəfindən təməli qoyulan Sərsəng su anbarında bizim şanlı üç rəngli bayrağımız dalğalanır. Ermənistanın bütün revanşist qüvvələri mövcud reallığı qəbul etməlidir ki, Qarabağ Azərbaycan olub, Azərbaycandır və Azərbaycan olacaq!

Bütöv Azərbaycanın bərpasını gözlərimizlə görürük.  Bizdən öncəki nəsillər və biz gənclər gələcəyə bu “miras” ötürmədik. Bu hal çox qürurverici haldır. Biz istədiyimizə nail olduq. Qondarma respublikasının rəhbərliyində olanların bəziləri indi Bakıdadır. Hansı ki, istintaq təcridxanasında. Bütün revanşist, mənfur qüvvələr qanun qarşısında cavab verəcəklər. Biz dünyaya ədalətimizlə, haqlı savaşımızla tanındıq.

O insanlar qəhrəman olurlar ki, vaxtında düzgün və cəsarətli qərarlar qəbul edə bilirlər. Prezident İlham Əliyevin qurduğu Azərbaycan ordusu ilə, rəşadətli Azərbaycan əsgər və zabitləri ilə Vətən müharibəsi tarixinə bir fateh kimi, Qarabağ fatehi kimi öz adını yaza bildi.

Azərbaycançılıq fəlsəfəsi İlham Əliyev siyasətinin mənəvi dayağına çevrilib. Milli ləyaqət, milli qürur uğurlarımızın əsas şərtləri oldu. Prezident İlham Əliyevin yürütdüyü siyasət müasir Azərbaycanın güclənməsinə, milli-mənəvi dəyərlərimizin ən yüksək səviyyədə qorunmasına xidmət edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan uğurla inkişaf edir, daxili siyasi sabitliyini daha da möhkəmləndirir.

Biz, gənclər Ali Baş Komandanımız ilə fəxr edir, ölkəmizin inkişafı və xalqımızın rifahı naminə fəaliyyətində ona uğurlar arzulayırıq!