Vətən müharibəsi #şəhidləri İsmayılzadə Məhəmməd, Orxan Qəhrəmanov, Mürsəl Kazımlı və Coşqun Orucov anım günlərində ehtiramla yad ediblər
25 oktyabr 2025 - ci il tarixdə Vətən müharibəsi şəhidləri Məhəmməd İsmayılzadə, Orxan Qəhrəmanov, Mürsəl Kazımlı və Coşqun Orucov anım günlərində ehtiramla yad ediblər. Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov və digər rəsmi şəxslər Vətən müharibəsi şəhidləri İsmayılzadə Məhəmməd, Orxan Qəhrəmanov, Mürsəl Kazımlı və Coşqun Orucovu şəhadətlərinin ildönümü münasibəti ilə Zığ qəsəbəsi Dədə Qorqud yaşayış sahəsində yerləşən Şəhidlər Xiyabanındakı əbədi istirahətgahları ziyarət edilmiş, məzarları üzərinə güllər düzülmüş və dualar oxunmuşdur.