Vətən müharibəsi şəhidləri Elvin Əliyev, Dostəli Məmmədov və Əmirxan Babayev anım günlərində ehtiramla yad ediliblər

Vətən müharibəsi şəhidləri Elvin Əliyev, Dostəli Məmmədov və Əmirxan Babayev anım günlərində ehtiramla yad ediliblər

18 oktyabr Vətən müharibəsi şəhidləri Elvin Əliyev, Dostəli Məmmədov və Əmirxan Babayev anım günlərində ehtiramla yad ediliblər. Anım tədbirində Suraxanı Rayon Ağsaqqallar Şurasının sədri Arif Babayev, YAP Suraxanı rayon təşkilatının sədr müavini Salman Əbdülov, Suraxanı Rayon İcra Hakimiyyətinin şöbə müdiri Elmar Hüseynov, digər rəsmi şəxslər, şəhid ailə üzvləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.  

Anım günündə şəhidin Yeni Suraxanı qəsəbəsi Şəhidlər xiyabanında məzarı ziyarət edilib, üzərinə tər güllər düzülüb, ruhuna dualar oxunub. Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi ehtiramla anılıb. Daha sonra şəhidin ailə üzvləri ziyarət olunub.