Vətən müharibəsi əlili Aslanov Qoşqar Şahmalı oğlunun 40 mərasimi keçirilib
Sentyabrın 16-da Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Vətən müharibəsi əlili Aslanov Qoşqar Şahmalı oğlunun 40 mərasimi keçirilib. Mərasimdə Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev, RİHB-nin müavinləri, YAP Suraxanı rayon təşkilatının sədr müavini və rayon ictimaiyyəti iştirak ediblər.
Qeyd edək ki, Qoşqar Aslanov 2007-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini bitirib. Vətən müharibəsində qəhrəmancasına vuruşaraq Füzuli, Xocavənd uğrunda gedən döyüşlərdə yaralanıb. O, yaralanmasına baxmayaraq hərbi hospitalda müalicə olunmaqdan imtina edib və Şuşa şəhərinin işğaldan azad olunmasında vuruşub.
Qoşqar Aslanov Prezident cənab İlham Əliyevin müvafiq sərəncamlarına əsasən "Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli, "Vətən müharibəsi iştirakçısı" medalları ilə təltif olunub.
O, 7 avqust 2024-cü il tarixdə vəfat edib.