Vətən müharibəsi Şəhidi Vaqif Mərdanovun adına sinfin açılış mərasimi keçirilib

Vətən müharibəsi Şəhidi Vaqif Mərdanovun adına sinfin açılış mərasimi keçirilib

13 iyun 2023-cü il tarixdə Suraxanı rayonu E.Cəfərov adına 118 nömrəli tam orta məktəbin məzunu olmuş Şəhid əsgər Mərdanov Vaqif Ədalət oğlunun adı xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə adı dərs otağına verilib. Anımla bağlı məktəbdə tədbir keçirilib.

Dövlət himninin səsləndirilməsi və vətənimizin azadlığı, ərazi bütövlüyü, müstəqilliyi uğrunda şəhid olanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanan anım tədbirində YAP Suraxanı Rayon Təşkilatının sədr müavini Salman Əbdülov, Suraxanı Rayon İcra Hakimiyyətinin şöbə müdiri Elmar Hüseynov, digər rəsmi şəxslər, Şəhidin doğmaları, məktəbin müəllim və şagird kollektivi iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Nizaməddin Ağcayev Şəhid Vaqif Mərdanovun qısa lakin şərəfli ömür yolundan danışaraq, qəhrəmanların ölmədiklərini, daim qəlblərdə yaşadıqları vurğulayıb.

YAP Suraxanı Rayon Təşkilatının sədr müavini Salman Əbdülov, Suraxanı Rayon İcra Hakimiyyətinin şöbə müdiri Elmar Hüseynov, digər rəsmi şəxslər Şəhidin ailəsinə bir daha başsağlığı verərək, cənab Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin məqsədyönlü, qətiyyətli siyasəti, Silahlı Qüvvələrimizin daim artan gücü və qüdrəti sayəsində torpaqlarımızın azadlığı uğrunda canını fəda edən oğulların ölməzliyini və əbədiliyini bir daha vurğulayıblar.

Həmçinin, Şəhidimizin anası Ədalət Mərdanov Prezident cənab İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın və Yeni Azərbaycan Partiyasının Şəhid ailələrinə göstərdiyi diqqət və qayğıdan danışaraq dərin minnətdarlığını ifadə edib.