Vətən müharibəsi şəhidi Mehdi Fərzullazadənin xatirəsi ehtiramla anılıb

Vətən müharibəsi şəhidi Mehdi Fərzullazadənin xatirəsi ehtiramla anılıb
Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə xalqımızın qələbə qazandığı 44 günlük Vətən Müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsində ucalan, 3-dərəcəli "#Vətənə xidmətə görə" ordeni, “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medallarına layiq görülən Bülbülə qəsəbə sakini olmuş şəhidi Fərzullazadə Mehdi Zaman oğlunun şəhadətinin ikinci ildönümü münasibətilə Bülbülə qəsəbəsində Şəhidlər Xiyabanında məzarı ziyarət edilib, önünə gül dəstələri düzülərək ruhu böyük ehtiramla yad olunub.
Mərasimdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Milli Məclisin deputatı Etibar Əliyev, Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, digər rəsmi şəxslər, şəhid ailələri və qaziləri iştirak etmişlər. Mərasim iştirakçıları sonra Suraxanı RİH tərəfindən şəhid Mehdi Fərzullazadənin əziz xatirəsinə təşkil edilmiş ehsan süfrəsində iştirak ediblər.
+5