Vətən müharibəsi şəhidi Eissavi Muhamməd doğum günündə ehtiramla anılıb

Vətən müharibəsi şəhidi Eissavi Muhamməd doğum günündə ehtiramla anılıb

Vətən müharibəsi şəhidi Eissavi Muhamməd Mazen oğlunun doğum günü ilə əlaqədar şəhidin Hövsan qəsəbəsinin Şəhidlər Xiyabanında məzarı və Hövsan qəsəbəsində inşa edilmiş bulaq - abidə kompleksi ziyarət edilmişdir. Tədbirdə şəhidin ailə üzvləri ilə yanaşı YAP Suraxanı rayon təşkilatının sədr müavini Salman Əbdülov, Suraxanı rayon İcra Hakimiyyətinin söbə müdiri Elmar Hüseynov, Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı Rayon İdarəsinin, Hövsan qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin və Hövsan bələdiyyəsinin məsul əməkdaşları iştirak tmiş, şəhidin ruhuna dualar oxunmuş, əziz xatirəsi ehtiramla anılmışdır.