Ulu Öndərin çoxsahəli fəaliyyətinin və dövlətçilik təfəkkürü Azərbaycanın dövlət müstəqilliyini qorumaq, ərazi bütövlüyünü təmin etdi
![Ulu Öndərin çoxsahəli fəaliyyətinin və dövlətçilik təfəkkürü Azərbaycanın dövlət müstəqilliyini qorumaq, ərazi bütövlüyünü təmin etdi](https://yapsuraxani.org.az/uploads/images/202310/image_750x_652e8efadfbb3.jpg)
Aynur Həsənova
YAP Suraxanı rayon təşkilatının üzvü
Xarici Dillər Təmayüllü Respublika Gimnaziyasının müəllimi
2023-cü il mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam oldu. Bu münasibətlə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 29 sentyabr 2022-ci il tarixdə 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan edilməsi haqqında sərəncam imzalayıb. Bu sərəncam Heydər Əliyev şəxsiyyətinə, onun tarixi xidmətlərinə yeni dəyərlər əsasında verilən qiymətdir. Sərəncamda qeyd edildiyi kimi, Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur.
Azərbaycanda 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi cəmiyyətin bütün təbəqələrində hədsiz sevinclə qarşılanır, dünya miqyaslı siyasət və dövlət xadiminin dövlətçilik ənənələrimizin dirçəldilməsi, yaşadılması və bərpa edilməsi sahəsində misilsiz xidmətlərinə, çağdaş tariximizdə tutduğu müstəsna mövqeyinə xalqımızın və dövlətimizin qədirbilən münasibətinin parlaq təcəssümü kimi qiymətləndirilir.
2023-cü il "Heydər Əliyev İli" kimi adlandırılan bu il Ulu Öndər Heydər Əliyevin çoxsahəli fəaliyyətinin və milli dövlətçilik təfəkkürünün təbliği məqsədilə qeyd edilir. Bu məqsədlə, Ulu Öndərin tematik sitatları ilə bağlı müxtəlif tədbirlər keçirilir. Ulu Öndərin milli dövlətçilik anlayışı və müstəqillik məsələlərinə verdiyi önəm, öz torpaqlarının və hüquqlarının sahibi olmaq arzusu, Azərbaycan xalqının çoxşaxəli başlayan dövlətçilik tarixi kimi mövzular Ulu Öndərin nitq və müsahibələrindən seçilmiş sitatlarla əks olunur.
Heydər Əliyev Azərbaycanın müstəqilliyinin qorunması və inkişafının, ərazi bütövlüyünün qorunmasının, vətəndaşlar arasında milli mənəviyyat və dövlətçilik hisslərinin inkişafının önəmini vurğulamışdır. Ulu Öndər həmçinin Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsinin müqəddəs vəzifəsi haqqında danışmış və ölkənin xarici həmsəfillərinə qarşı müdafiə etmək üçün milli qəhrəmanların fəda verdiyi qurbanların qiymətini yüksək qiymətləndirmişdir. O, Azərbaycanın mədəni irsinin zənginliyini hörmətə layiq görüb, onun inkişafının da önəmini vurğulamışdır.
Heydər Əliyev irsi gənc nəsil üçün bir məktəbdir. Bu gün Azərbaycan gənci bir olmağı, bir yumruq altında birləşməyi bacarır, lazım gələndə öz sözünü deyə bilir. 2023-cü il “Heydər Əliyev İli” çərçivəsində Ulu Öndərin çoxsahəli fəaliyyətinin və dövlətçilik təfəkkürünün təbliği məqsədilə tematik sitatlarından birini xatırlamaqla, məncə, fikrimizi təsdiqləyə bilərik.“Azərbaycanın dövlət müstəqilliyini qorumaq, ərazi bütövlüyünü təmin etmək, Azərbaycan Respublikasını erməni təcavüzündən xilas etmək üçün hamını birliyə,əməkdaşlığa dəvət edirəm”.
Müdrik şəxsiyyət Heydər Əliyevin rəhbərliyi ilə aparılmış məqsədyönlü siyasət nəticəsində ölkənin iqtisadi həyatında qazanılmış ən mühüm uğurlardan biri də dünyanın inkişaf etmiş nüfuzlu şirkətləri ilə bağlanmış neft müqavilələri olmuşdur. Xəzərin Azərbaycan hissəsində dünyanın tanınmış neft şirkətləri ilə yataqların birgə işlənməsi üzrə ilk sazişlərin, “Əsrin müqaviləsi”nin imzalanması, ölkəmizin parlaq gələcəyinə stimul yaradan yeni neft strategiyası Heydər Əliyev müdrikliyinin bariz nümunəsi idi. Siyasi və iqtisadi böhran keçirən bir ölkədə qısa zamanda sabitlik yaratmaq, dünyanın nəhəng şirkətlərini regiona cəlb etmək, konkret olaraq milyard dollarla ölçülən sazişləri imzalamaq, sözsüz ki, uzaqgörən siyasət və müdriklik tələb edirdi. “Əsrin müqaviləsi”nin Azərbaycanın parlaq inkişafı üçün nə demək olduğunu hamı anlamalıdır”. Bu sözlər məhz ümummilli lider Heydər Əliyevə məxsusdur.
Dövlətçilik salnaməmizdə silinməz izlər qoymuş, azərbaycanlı olması ilə ömür boyu fəxr etmiş, milli qürur və iftixar mənbəyimiz olan Heydər Əliyev bütün dünyada Azərbaycanın rəmzi kimi qəbul edilir. Xalqımız onun əziz xatirəsini həmişə uca tutur və minnətdarlıqla anır, yenidən hakimiyyətə gəldiyi günü Azərbaycan Respublikasının dövlət bayramı – Milli Qurtuluş Günü kimi qeyd edir. Müstəqil Azərbaycan Ulu Öndərin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir. Bu müqəddəs mirası qoruyub saxlamaq hər bir azərbaycanlının şərəfli vəzifəsidir.
Hazırladı:Azərbaycan dili və ədəbiyyat müəllimi