Ulu Öndər Heydər Əliyev milli ruhlu ziyalıların həm müdafiəçisi, həm də himayədarı idi
Validə Həsənova
YAP Suraxanı rayon təşkilatının fəal gənci
Suraxanı rayonu 281 nömrəli tam orta məktəbin müəllimi
Bütün xalqların milli özünəməxsusluğunu şərtləndirən amillər onun dövlətçilik ənənələri ilə yanaşı, həm də maddi-mənəvi mədəniyyət nümunələri əsasında müəyyənləşir. Milli kimliyi ifadə edən bu dəyərlər, eyni zamanda hər bir xalqın toxunulmaz xəzinəsidir. Azərbaycan xalqının əsrlər boyu formalaşmış yüksək mənəvi dəyərlərini qoruyaraq bütövlükdə cəmiyyətin inkişafına təsir göstərmək, onun genetik yaddaşını, milli irs və özünəməxsusluğunu gələcək nəsillərə ötürmək kimi çətin missiya ötən əsrdə məhz Ümummilli lider Heydər Əliyevin üzərinə düşmüşdür.
Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev mədəniyyətin inkişafına xüsusi qayğı göstərən, onu zənginləşdirən və dünyada tanıdan rəhbər idi. Onun hakimiyyəti illərində Azərbaycan xalqı dünya mədəniyyətində yaradıcı funksiyasını uğurla davam etdirirdi. Əslində Heydər Əliyev mədəniyyəti inkişaf etdirmək istiqamətində özünün bütün möhtəşəm fəaliyyəti ilə sovet dönəminin kommunist liderləri içərisində ən böyük mədəniyyət milliyətçisi idi. Heydər Əliyev “kosmopolitik” sovet xalqı yaratmaqla, millətlər arasında fərqləri ləğv etməyi qarşıya məqsəd qoyan kommunist ideologiyasından fərqli olaraq bu günümüz üçün Azərbaycan milli mədəniyyətinin qoruyucusu, inkişaf etdiricisi və zənginləşdiricisi funksiyasını sistemli şəkildə qətiyyətlə həyata keçirirdi: “Doğrudur, 22 il bundan öncə 1971-ci ildə biz heç bilmirdik ki, Azərbaycan müstəqil Respublika olacaqdır. Lakin, mən o vaxt Azərbaycanın müstəqilliyi fikri ilə yaşayırdım”.
Fikirlərimi bəzi faktlar üzərində qurmaq istəyirəm.1951-ci ilin may ayında Azərbaycan KP-nin 18-ci qurultayındakı nitqində o vaxt ki, respublika rəhbəri xalqımızın soykökü ilə bağlı olan və daha çox Azərbaycan dilinə yaxın olan “Kitabi-Dədə Qorqud”u antixalq və zərərli adlandıraraq onu ifşa etməyə çağırır.Guya dastanda təsvir olunmuş ictimai-iqtisadi həyat, adət-ənənələr Azərbaycan həyatına və xalqına yaddır. Ulu Öndər Heydər Əliyev isə bu cür zərərli yanaşmaya qarşı çıxaraq bu biabırçılığa cəsarətlə son qoydu. 1995-ci ilin 27 avqustunda Bişkekdə “Manas” dastanının min illik yubileyi tədbirlərində iştirak edən Heydər Əliyev gözlənilmədən Azərbaycan Mədəniyyət və İncəsənət xadimləri üçün yaradılmış çadıra daxil olur. Səmimi söhbət əsnasında Heydər Əliyev ədəbi mühitin nümayəndələrinə “Nə üçün Azərbaycanda Dədə Qorqudun yubileyi keçirilməsin?”-sualını verir. Böyük Öndər 2000-ci ilin 7 fevralında imzaladığı sərəncamla Bakı şəhərində və beynəlxalq səviyyədə Kitabi-Dədə Qorqudun 1300 illiyi qeyd olundu. Heydər Əliyev bununla da dastanın türk dünyasına məxsus olduğunu, lakin Dədə Qorqudun vətəninin Azərbaycan olmasına tarixin təsdiq imzasını vurdu.
1966-cı ildə Heydər Əliyev Şuşa şəhərində olan zaman Molla Pənah Vaqifin qəbrini ziyarət etmək istəyir lakin şairin uyuduğu məkan çox çətinliklə hətta bir neçə gündən sonra tapılır. Ancaq qəbir sahibinin adına layiq deyildi. Heydər Əliyevin göstərişi ilə şairin adına layiq stella qoyulur və sonralar 1982-ci ildə Molla Pənah Vaqifin adına layiq məqbərə inşa etdirir.
Heydər Əliyev 1981-ci ildə Nizami Gəncəvinin 840 illik yubileyini keçirilməsi üçün təklif verəndə sovet İKPMK-nin II katibi M.Suslov demişdir ki: Bu tarix yuvarlaq tarix deyil. Gərək ya 800, 850, 900 olsun. Heydər Əliyev ona cavab vermişdir ki, Nizami Gəncəvi elə şəxsiyyətdir ki, onun yubileyini hər il keçirmək lazımdır. Çünki, dünyanın müxtəlif ölkələrinin və xalqlarının 500-dən çox şairi xüsusi ilə Nizami bədii irsindən bəhrələnmişdir.Ədəbiyyatşünaslıq elmində Nizamişünaslıq meydana gəlmişdir.1981-ci ildə Nizami Gəncəvinin 840 illik yubileyi xüsusi təntənə ilə keçirilmiş dünyanın 20-dən artıq ölkəsinin nümayəndələri tədbirdə iştirak etmişlər.
Türkçülük və turançılıq adı ilə uzaq Sibirə sürgün edilən görkəmli Azərbaycan dramaturqu Hüseyn Cavidin nəşinin Sibirdən vətənə gətirilməsi o dövr üçün çətin bir iş idi. İdeoloji siyasət buna zidd idi. Heydər Əliyev möhtəşəm addımı ilə bununla doğma torpağı ölkənin başqa yerlərindən üstün tutduğuna, Azərbaycanla sıx bağlılığına işarə edir, respublikanın müstəqilliyini öncədən görür, 30-cu illərdə didərgin salınmış türkçülüyü və turançılığı vətənə qaytarırdı.26 oktyabr 1982-ci il tarixdə Hüseyn Cavidi doğmaları ilə ruhən birləşdirmək və qəbri üzərində ən gözəl memarlıq incisini yaratmaq yalnız Heydər Əliyevə məxsus ola bilərdi.
Heydər Əliyev 60-80-ci illərdə milli ruhlu ədəbi simaların yaradıcılığının həm müdafiəçisi həm də himayədarı idi. “Gülüstan” poemasına görə şair Bəxtiyar Vahabzadə nəzarətə alınanda onu xilas edəndə Heydər Əliyev idi. 1964-cü ildə qərar qəbul edilmişdir ki, Azərbaycan 150 il əvvəl könüllü olaraq Rusiyanın tərkibinə daxil olub. Akademik Ziya Bünyadov bu qərarın əksinə çıxır. Akademikə qarşı ciddi təhdidlər başlayır. Böyük Öndər Heydər Əliyevin MK-nin plenimunda Ziya Bünyadovu tənqid edir.Əslində dolayısı ilə onun müdafiəsini öz üzərinə alır.
Bu gün mədəniyyətimizin milli, mənəvi dəyərlərimizin və mədəni incilərimizin yaşadılması və qorunması bugün möhtərəm Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Möhtərəm Prezidentin çox böyük diqqəti, Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyətinin Dostları Fondunun Prezidenti YUNEKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın yüksək təşkilatçılığı ilə Azərbaycan mədəniyyəti və incəsənəti öz intibahının yüksək mərhələsini yaşamaqdadır. Mədəni incilərimizin dünyanın irs siyahısına salınması, tanıdılması və təbliğ olunması istiqamətində əsaslı qlobal layihələr həyata keçirilməkdədir.