Slovakiya-Azərbaycan əlaqələrinin tarixində əlamətdar gün.
Nailə Sadıqova
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
Siraxanı rayonu, 275 nömrəli tam orta məktəbin direktor müavini
Azərbaycan-Slovakiya münasibətləri əsasən hər iki respublikanın müstəqillik əldə etməsindən sonra yaranmağa başlayıb. 31 dekabr 1992-ci ildə Çexiya və Slovakiya respublikaları bir-birindən ayrılıb və 1 yanvar 1993-cü ildə Slovakiya müstəqilliyini elan edib. Müstəqilliyin ilk illərində qarşılaşdıqları problemlər iki dövlət arasında əlaqələrin inkişaf etdirilməsini ləngidib. Hazırda ikitərəfli münasibətlər sürətlə inkişaf etməkdədir. Bu münasibətlərin genişlənməsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Slovakiya Respublikasına səfəri böyük rol oynayıb.
18 mart 2004-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Slovakiya Respublikasına işgüzar səfər edib. Səfər çərçivəsində Prezident İlham Əliyev bir sıra beynəlxalq təşkilatların və xarici ölkələrin rəhbər şəxsləri ilə görüşlər keçirib. ATƏT-in o vaxtkı sədri, Bolqarıstanın xarici işlər naziri Solomon Passi, Rumıniyanın baş naziri Adrian Nestaseni, NATO-nun baş katibi Yaap de Hoop Sxeffer, Avropa Birliyinin komissarı Günter Verhögen ilə görüşlər xüsusi qeyd olunmalıdır. İki ölkə arasında iqtisadi əlaqələrin yüksək səviyyədə inkişaf etməsi , bu münasibətlərin intensivləşdirilməsi üçün müəyyən addımlar atılmaqdadır.
Artıq Azərbaycanda Slovakiya şirkətləri fəaliyyət göstərir və bu şirkətlər Azərbaycanda yol tikintisi, müxtəlif layihələrin həyata keçirilməsi ilə məşğuldurlar. Slovakiya Azərbaycanla enerji, kənd təsərrüfatı, elektrik stansiyaları, ətraf mühitin qorunması və inşaat sahəsində əməkdaşlıq etməkdə daha çox maraqlıdır. Azərbaycan-Slovakiya mədəni münasibətlərini inkişaf etdirmək məqsədilə 4 dekabr 2008-ci ildə Bakıda Azərbaycan və Slovakiya mədəniyyət nazirlikləri arasında əməkdaşlığa dair saziş imzalanıb.
18 fevral 2009-cu ildə Azərbaycan Respublikası Milli Məclisinin deputatlarından ibarət nümayəndə heyəti Slovakiyada səfərdə olub. Səfər zamanı Slovakiya parlamenti sədrinin müavini Anna Belousova ilə görüş olub. Görüşdə ölkələrimiz arasında iqtisadi, mədəni, turizm və digər sahələrdə əlaqələrin inkişafı, həmçinin parlamentlərarası münasibətlərin dərinləşdirilməsi imkanları müzakirə edilib. Azərbaycan və Slovakiya arasında olan dostluq əlaqələri həm ölkələrimiz üçün, həm Avrasiya qitəsi üçün çox böyük önəm daşıyır. Azərbaycanın xarici siyasətinin əsas tərkib hissələrindən biri ayrı-ayrı dövlətlərlə ikitərəfli əlaqələrin qurulması və yeni istiqamətlər üzrə inkişaf etdirilməsidir.
Cənab Prezident İlham Əliyevin cari ilin 7 may tarixində Slovakiya Respublikasının Baş naziri Robert Fitsonun Azərbaycana rəsmi səfəri ilə əlaqədar mətbuata bəyanat vermişdir. Bəyanatın nəticəsində bir çox sahələr üzrə aparılacaq işlərdə önəmli razılıq əldə olunmuşdur.
Hazırkı dövrün əsas çağırışlarından biri bərpa olunan enerji mənbələrinə investisiyaların yatırılmasıdır. Azərbaycan bu sahədə də əməkdaşlığa xüsusi önəm verir. Ölkəmizin malik olduğu yaşıl enerji potensialı beynəlxalq səviyyədə də yüksək qiymətləndirilir. Azərbaycanın bu ilin noyabrayında COP 29-a ev sahibliyi ölkəmizin beynəlxalq nüfuzu ilə yanaşı, bərpa olunan enerji sahəsində malik olduğu təcrübənin, imkanların təqdimatıdır.
COP29 bu sahədə əməkdaşlığa geniş imkanlar açacaq. Azərbaycanda qaz hasilatı artır, yeni yataqlar kəşf olunur və o yataqlarda istismar artıq başlamışdır. Eyni zamanda, genişmiqyaslı yaşıl gündəliyimizdə icra edilir və bir çox bərpa olunan külək və günəş enerjisi stansiyalarının inşa olunması qaza qənaət etmək imkanı yaradacaqdır və bu qənaət olunmuş qazın əsas ünvanı Avropa olacaqdır.