Ulu öndər Heydər Əliyev Azərbaycanı sözün əsl mənasında müstəqil ölkəyə çevirdi

Ulu öndər Heydər Əliyev Azərbaycanı sözün əsl mənasında müstəqil ölkəyə çevirdi
Sədaqət Əliyeva
YAP Suraxanı rayon təşkilatının üzvü
Suraxanı rayon 146 saylı tam orta məktəbin müəllimi
Azərbaycan xalqının ümümimilli lideri, dünya səviyyəli xadim Heydər Əliyev çoxəsrlik dövlətçilik tariximizdə yeni parlaq səhifə açan nadir, bənzərsiz şəxsiyyətdir. Tarixin yaddaşında əbədi iz qoymaq hər insana nəsib olmayan xoşbəxtlikdir. Bu yalnız Heydər Əliyev kimi dahi şəxsiyyətlərin qismətinə düşən müstəsna taledir. Bütün həyatını xalqının xoşbəxt gələcəyinə qüdrətli Azərbaycan dövlətinin yaradılmasına və inkişafına həsr etmış bu dahi şəxsiyyətin Vətən və xalq qarşısındakı xidmətləri misilsizdir.
Heydər Əliyev fenomeninin ən mühüm göstəricilərindən biri də Azərbaycançılıq məfkurəsinin, milli ruhun hədsiz yüksəlməsi, milli özünüdərkin inkişafı, xalqın tarixi yaddaşının özünə qaytarılması kimi fundamental prinsiplər əsasında dövlətçilik arzularının və hisslərinin güclənməsi, real siyasi amilə çevrilməsidir. Ulu öndər Heydər Əliyev Azərbaycan xalqının və dövlətinin xilaskarıdır. Verdiyi müsahibələrində: “Müstəqilliyin əldə olunması nə qədər çətin idisə, onun saxlanılması, daimi, yəni əbədi olması bundan da çətindir” söyləmişdir.
Məlum olduğu kimi, müstəqilliyin ilk illərində respublikamızda xaos, anarxiya yaranmış və daxili çəkişmələr özünün pik nöqtəsinə çatmışdır.
O zaman ölkəyə rəhbərlik edən qüvvələr də Azərbaycanı məruz qoyduqları təhlükədən xilas etmək üçün Ulu Öndər Heydər Əliyevin Bakıya gəlməsini çıxış yolu kimi dəyərləndirirdilər. Beləliklə, Ümummilli lider Heydər Əliyevin qayıdışı xalqımızı fəlakətdən xilas etdi. Azərbaycan müstəqil dövlətdir və indən belə heç vaxt hər hansı başqa dövlətin tərkibinə daxil olmamalı, kiminsə vassalı, yaxud müstəmləkəsi olmamalıdır.
Beləliklə, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin müəllifi olduğu dövlət quruculuğu siyasətinin fonunda görülən işlərin və əldə edilən nailiyyətlərin sayını istənilən qədər artırmaq olar. Lakin Ulu öndər Heydər Əliyev Azərbaycanı sözün əsl mənasında müstəqil ölkəyə çevirdi, müstəqilliyimizi daimi və dönməz etdi. Özünün dediyi kimi “Azərbaycan dövlət müstəqilliyi dönməzdir, əbədidir”.
Bütün bunların nəticəsidir ki, müstəqil Azərbaycan 1993-cü ildən bu günə qədər inkişaf yolunda əmin addımlarla irəliləyir, möhtəşəm nailiyyətlər əldə edərək yeni zirvələr fəth edir. Dövlətçiliyin əsasları qoyuldu, müstəqil Konstitusiya qəbul edildi, azərbaycançılıq məfkurəsi bu gün bizim ideoloji əsaslarımızı təşkil edir. Azərbaycan beynəlxalq arenada müstəqil dövlət kimi tanındı, səmərəli ikitərəfli və çoxtərəfli xarici əlaqələr quruldu.
Müasir müstəqil Azərbaycan Ulu öndər Heydər Əliyevin ideyaları əsasında inkişaf edir. “Əsrlər boyu ulu babalarımız, Azərbaycanın mütəfəkkir insanları milli azadlıq, müstəqillik arzusu ilə yaşamışlar, vuruşmuşlar, amma nail ola bilməmişlər. Biz buna nail olmuşuq. Bilin ki, indi bunu əlimizdə saxlamaq, qorumaq hər bir insan üçün canından artıqdır”. Bəli, bu, ulu öndərimizin bizə vəsiyyətidir.