Ulu Öndər Heydər Əliyevin mənəvi irsi milli sərvətimizdir

Ulu Öndər Heydər Əliyevin mənəvi irsi milli sərvətimizdir

Elvina Əhmədova

YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədr müavini

Gülarə Əliyeva adına 3 nömrəli Uşaq İncəsənət məktəbinin direktoru

Ulu Öndər Heydər Əliyevin müdrük siyasətinə nəzər salsaq, görərik ki, o, Azərbaycan dövlətçiliyinin bu günü və sabahı üçün zəngin mənəvi irs qoymuşdur. Uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasını gərçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olub. Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycan dövlətçiliyinin siyasi, idealoji, iqtisadi əsaslarını yaradıb, xalqı müstəqil güclü dövlət sahibi olmaq arzusuna qovuşdurub. Ümumilli Lider Heydər Əliyev təkcə Azərbaycan coğrafiyası daxilində deyil, bütün  bəşəriyyət tərəfindən qəbul edilən böyük şəxsiyyətdir. Heydər Əliyevin Azərbaycan Respublikasına rəhbərliyi dövründə əhalinin sosial-rifah halının yaxşılaşmasında, ordu quruculugunda, təhsil,səhiyyə mədəniyyət və digər sahələrdə inqilaba bərabər islahatlar həyata keçirmişdir. Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində Azərbaycanın dünya xəritəsində yeri möhkəmlənib, beynəlxalq aləmdə nüfuzlu aparıcı dövlətlərdən birinə çevrilib.

Heydər Əliyev Azərbaycanı çox sevirdi. Hər zaman çıxışlarında bildirirdi ki, mənim gecə-gündüz fikrim Azərbaycanı inkişaf etdirməkdir. Heydər Əliyev üçün ən önəmli məsələlərdən biri də Azərbaycan dilini yaşatmaq idi. Dili yaşatmaq xalqı yaşatmaq deməkdir.

Ümumilli lider Heydər Əliyev lider kimi böyüklüyü onun daim uzaq hədəflərə hesablanmış və milli məqsədləri önə çəkən siyasət yürütməsi olmuşdur. 1970-1980- ci illərdə formalaşdırılmış iqtisadi potenisal, 1990-ci illərin sonlarına doğru dünyada cərəyan edən mürrəkkəb proseslərin nəticəsi kimi istiqlaliyyət qazanmış Azərbaycanın, sonrakı mərhələdə müstəqil yaşamasını təmin etmişdir

Müdrik xalqımızın XX əsrdə dünya siyasi arenasına bəxş etdiyi nadir şəxsiyyət kimi Ümumilli Liderlik zirvəsinə ucalmış Heydər Əliyev müstəqil respublikamızın milli inkişaf modelinin banisi kimi ehtiramla xatırlanır. Hər bir xalqın mənəvi, əxlaqi dəyərlərinin qorunaraq gələcək nəsillərə öturülməsi, fenomen şəxsiyyətlərin üzərinə düşür. Yalnız böyük şəxsiyyətlər yetiştirən xalqlar minilliklər boyu möhkəm, mənəvi təməl üzərində inamla irəliləyirlər. Azərbaycanda bu ağır və taleyüklü missiyanı Ulu Öndər Heydər Əliyev öz üzərinə götürmüşdür.

Azərbaycan xalqının milli özunudərki üçün bütün zəruri tədbirləri həyata keçirməyə  başlamış içtimai şüurdakı qorxunu,ehtiyatlılığı aradan qaldırmağı, cəmiyyəti bütün sahələr üzrə gələcək mənəvi yüksəlişlərə ruhlandırmağı bacarmışdır. Ulu Öndər xalqı öz şanlı keçmişinə, soykökünə qaytarmaq, habelə zəngin bədii irsini, mədəniyyətini, incəsənətini, adət-ənənələrini yaşatmaq, ana dilini inkişaf etdirtmək üçün bir sıra aşkar tədbirlər həyata keçirmişdir.