Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə Suraxanı rayonu 114 nömrəli tam orta məktəbdə tədbir keçirilib

Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə Suraxanı rayonu 114 nömrəli tam orta məktəbdə tədbir keçirilib

“Heydər Əliyev İli” ilə əlaqədar Suraxanı rayonu 114 nömrəli tam orta məktəbdə tədbir keçirilib. Tədbirdə Dövlət Himni səsləndirilib. Ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan 114 nömrəli tam orta məktəbin direktoru Ceyran Novruzova çıxış edərək bildirdi ki, Heydər Əliyev həm  də, özündən sonra xalqına Müzəffər xalq kimi yaşamağın, bir yumruğun ətrafında birləşməyin, işğaldan xilas olub, torpaqlarını işğaldan azad etməyin yollarını öyrətdi. Heydər Əliyev özündən sonra həm lider yaradan, həm də xalqına o liderin ətrafında bütövləşməyin yollarını öyrədən dühadır.

Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədr müavini Salman Əbdülov çıxış edərək dedi ki,Ulu öndəri hakimiyyətə xalq dəvət etdi. Onu israrla xalq çağırdı. Çünki Heydər Əliyevi hakimiyyət deyil xalqının taleyi, gələcəyi, qayğıları maraqlandırırdı. Heydər Əliyev hər zaman qardaşlığı, sülhü, demokratiyanı, milli-mənəvi dəyərlərin fonunda dünyəvi dəyərləri müdafiə edirdi.

Daha sonra məktəbin müəllim-şagird kollektivi tərəfindən hazırlanan Ulu Öndər Heydər Əliyevə həsr edilmiş  ədəbi-bədii kompazisiya nümayiş olunmuşdur.